{category-title}

Heyvan saxlayan deputatlar: “İt də var, qaz da, dovşan da” - SORĞU

 

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Qapanma günlərində insanlar itləri gəzdirməkdə azaddırlar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib ki, ölkədə elan edilən sərt karantin günlərində vətəndaş itini gəzdirmək üçün ancaq yaşadığı evin yaxınlığına çıxa bilər.

Oxu.Az mövzunun aktuallığını nəzərə alıb Milli Məclisin deputatlarından kimlərin ev heyvanı saxlayıb-saxlamaması ilə maraqlanıb.

Deputat Sabir Hacıyev deyib ki, bir neçə il bundan qabaq ev heyvanları saxlayıb. Onun sözlərinə görə, heyvanlara münasibətdə həssasdır.

“Mən əvvəllər it də saxlamışam, pişik də. İndi sahibsiz itləri, pişikləri görəndə onlara qayğı ilə yanaşıram, yemək verirəm. Hətta olur ki, yolda avtomobil vuran itləri baytara aparıram”.

Deputat Nurlan Həsənov isə ev heyvanlarına marağının olmadığını və saxlamadığını bildirib.

Millət vəkili Tahir Kərimli qeyd edib ki, şəhər şəraitində heç zaman ev heyvanları saxlamayıb. Bununla belə, əlavə edib ki, İsmayıllıdakı həyət evində pişiklər, kiçik it olub:

“Amma həmin iti maşın vurdu. Övladlarımın, nəvələrimin də ev heyvanlarından xoşları gəlir. Hazırda isə ev heyvanları saxlamırıq”.

Deputat Kamilə Əliyevanın sözlərinə görə, ev heyvanlarını xoşlasa da, onları saxlamağa üstünlük vermir.

“Mən bioloqam, başa düşürəm ki, ev heyvanlarının tükləri allergik reaksiyalar verə bilər. Amma ev heyvanlarını çox sevirəm. Digər insanlar ev heyvanı saxlayırlarsa, onların sərt karantin rejimində həyətə düşə bilmələrinə icazə verilir. Burada bir qəbahət də görmürəm”.

Vüqar İsgəndərovun sözlərinə görə, ev heyvanlarını çox sevir, amma şəhər evindəki şəraitlə əlaqədar onları saxlamaq alınmır:

“Hətta kiçik qızım ev heyvanı almağımı istəyirdi. Amma Bakıda ev şəraitinə görə saxlaya bilmirik”.

Millət vəkili Fəzail Ağamalı söyləyib ki, bağ evində it də saxlayır, pişik də:

“Amma onları gəzdirməyə ehtiyac yoxdur. Özləri həyətdə gəzirlər, sərbəstdirlər. Onları qəfəsə salmırıq”.

Fazil Mustafa da ev heyvanları saxlayanlar sırasındadır – itdən tutmuş qaza qədər. Bir sözlə, onun “heyvan ferması” daha zəngindir.

“Ev heyvanlarını bağda saxlayıram. İtlər də var, qazlar da var, toyuqlar da var, dovşanlar da. Bildirçin də saxlayıram”.

Rüfət Quliyev də bağ evində iki sadə çoban iti var. “Lap vəhşi cinslərdən deyil”, - deyən R.Quliyev akvariumunun olduğunu da bildirib.

“Akvariumda da sadə, ucuz balıqlardır”.

Xanım deputat Jalə Əliyeva isə hazırda ev heyvanı saxlamır. O, vaxtilə pişik saxladığını deyib:

“Təəssüflər olsun ki, ev heyvanım yoxdur. Olsaydı, məmnuniyyətlə gəzdirərdim. Mənim bir pişiyim var idi. Amma onun həyatı faciəli bitdi. Ondan sonra ev heyvanı saxlamağa qorxuram. Çünki alışıram, sonra nəsə olanda mənə çox pis təsir edir”.

Xanım deputat Əminə Ağazadə isə ev heyvanı saxlamadığını bildirib. 

Son xəbərlər

Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

Naxçıvanda Ombudsman təsisatı ləğv edilib

Xameneinin nümayəndəsi: İran Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bu gün Suraxanıda işıq kəsiləcək

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

KİV: İranda gecə partlayışlar və atışma səsləri eşidilib

Parlamentdə vacib gün: 11 məsələ bir iclasda

İsrail ordusunun Livana hücumlarında 303 nəfər ölüb

Danışıqlarda İranı onlar təmsil edəcək

İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib - YENİLƏNİB

Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb

MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub

Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb

Bütün xəbərlər