{category-title}

Srağagün 230, dünən 257... - Qaydalara əməl etməsək hər gün artacaq

 

 

Azərbaycanda son bir həftə ərzində koronavirusa yoluxma statistikasında rekord göstərici qeydə alınır. Srağagün 230, dünən isə 257 nəfərdə virus aşkarlanıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, rəsmilər bildirir ki, bu rəqəmlər karantin rejiminin yumşaldılması nəticəsində əhalinin ictimai yerlərdə qaydaları pozması nəticəsində ortaya çıxıb. Ölkə daimi qapalı vəziyyətdə, sərt karantin rejimində yaşaya bilməz. Bu zaman iqtisadiyyat çökər, əhali kütləvi yoxsullaşar və böyük böhran yarana bilər. 

Bu gün ölkədə pandemiyanın nəzarətdə saxlanılmasına cavabdeh olan TƏBİB artıq əhaliyə müraciət edərək hər şeyin xalqın əlində olduğunu bildirib. 

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı sonuncu brifinqdə qeyd etdi ki, bundan sonrakı yoluxma sürəti vətəndaşların məsuliyyətindən asılıdır:

"Biz yumşalma addımlarını atırıq, amma hər kəs bilməlidir ki, maskadan istifadə və məsafə saxlamaq əsas davranışlarımız olmalıdır. Maskaların taxılmamasına görə ciddi qərarlar qəbul ediləcək. Tələbata uyğun olaraq maska istehsalı da artırılması nəzərdə tutulur. Evdə maska hazırlanması qaydası da əhaliyə təqdim olunub. Bununla bağlı bəhanə gətirilməməlidir". 

Lakin bu açıqlamanın səhəri günü əhalinin bir qismi "Tarqovı"da mini şənlik keçirib. Bir neçə nəfərin təşkilatçılığı ilə uşaqlar günü üçün rəqs təşkil olunub. Bunu izləmək, videoya çəkmək və şənliyə qoşulmaq üçün onlarla vətəndaş iştirakçıya çevrilib. Bu da virusun ən çox yayıldığı Bakıda daha sürətli yayılmaya səbəb olur. Buna görə də hüquq-mühafizə orqanları şənlikdə iştirak edən 50 nəfəri saxlayaraq cərimə edib və cinayət işi başlanıb. 

Xüsusi karantin rejimi müddətində COVİD-19 virusunun geniş yayılmaması üçün dövlət tərəfindən zəruri tədbirlər görülüb. Hazırda karantin rejiminin yumşaldığı və tədricən normal həyata dönüş olduğu zaman vətəndaşlar sosial məsuliyyət nümayiş etdirməlidir. İndi bütün məsuliyyət hər bir şəxsin öz üzərinə düşüb. 
 
Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. 
 
Hər kəs özünün və yaxınlarının səhhətinin qeydinə qalmalı, virusa yoluxmadan qorumalıdır. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. 
 
İctimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmaq lazımdır, sosial məsafənin gözlənilməsi mütləqdir. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən (maskalardan, dezinfeksiya edici maddələrdən və s) istifadə mütləqdir. 
 
Hazırda xüsusi karantin rejimi qaydaları yumşaldılsa da xəstəliyin hələ də davam etdiyi və ciddi fəsadlar yaradan xəstəlik olduğu unudulmamalıdır. 
 
Karantin rejiminin yumşalması nəticəsində açılan yerlərə zəruri  hallarda getmək lazımdır, ictimai iaşə yerlərində, parklarda və digər yerlərdə virusdan qorunma tədbirlərinə ciddi riayət edilməlidir, əməl etməyənlərə qarşı vətəndaş qınağını ortaya qoymalıdır. 
 
Hazırda ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. 
 
İctimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar bu qaydalara mütləq qaydada riayət etməlidir. 
 
Qaydalara əməl olunmasa, sanitar-epidemioloji tələbləri pozan şəxslərə, obyektlərə qarşı tədbirlər görülməlidir, cəza tətbiq olunmalıdır. 
 
Vətəndaşlar bilməlidir ki, virusdan qorunmasalar özlərini və yaxınlarını təhlükəyə atırlar və  xəstəliyə yoluxma surəti çoxalarsa, məhdudiyyətlər  hər an yenidən sərtləşdirilə bilər.

Azərbaycanda virusun ilk yayıldığı mərhələdə yoluxanlar az və pərakəndə olduğu üçün koronavirusa inanmayanlar "Niyə bizim tanıdığımız kimsə yoluxmayıb?" deyib əsassız əssaslandırma etməyə cəhd edirdilər. Artıq sosial şəbəkələrdə istifadəçilərindən paylaşımlarından da görürük ki, virus hər bizimizin yaxınındadır, ailəsinə yol tapıb. Koronavirus səbəbindən ailə üzvünü itirənlər də olub.

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər