{category-title}

Cümhuriyyət bayrağımız 72 il sonra yenidən Gəncədə necə qaldırıldı?

 

1989-cu il noyabrın 22-də Gəncənin mərkəzi meydanında böyük izdiham varıydı. Həmin günlər müasir Azərbaycan dövlətinin təqvimində Milli “Dirçəliş Günü” kimi qeydə alınan məlum xalq hərəkatının Bakıda “Azadlıq meydanı”ndakı doğuluşundan düz 1 il ötürdü. Minlərlə vətənpərvər Gəncəli ölkəmizin dörd bir yanında alovlanmaqda olan milli azadlıq ruhunun işığına, müqəddəs anım gününə toplaşmışdı, hamı həyəcanla mitinq təşkilatçılarının SSRİ rəhbərliyinə ittihamlarını alqışlayır, tanınmış natiqlərin alovlu çıxışları AZADLIQ! şüarlarıyla bir-birini əvəz edirdi.
O zamankı şəhər İcraiyyə Komitəsinin əzəmətli binasının ətrafında çoxlu milislər gözə dəysə də,  xoşbəxtlikdən nümayiş müdaxiləsiz keçirdi, proseslər yerli əhalinin iradəsilə özünün klüminasiya nöqtəsinə yürüməyə davam edirdi.
70 illik rus şovinizminin Azərbaycana qarşı həyata keçirdiyi əsarət siyasətinin təzahürləri SSRİ kimi azğın imperiyanın süqutunu bu şəhərdə daha sürətlə şərtləndirirdi. Müstəmləkə əsarətindən qurtulmaq istəyən və dövlət müstəqilliyini yenidən qurmaq arzusunda olan millət 1918-ci ildə olduğu kimi, özünün müstəqil, demokratik Xalq Cümhuriyyətinin varisliyinin bərpasını cani-dildən tələb edirdi.
Əslində, həmin günlərdə Gəncə şəhərinin istiqlalçı əhalisi Azərbaycan tarixinə növbəti parlaq möhürlərini vurur, 1918-ci ildə qürurla daşıdığı Azərbaycan Xalq Cümhuriyyəti paytaxtı missiyasına, milli dövlətçilik və millətçilik ənənələrinə, Rəsulzadə dəyərlərinə tərəddüdsüz sahib çıxırdı. Beləliklə, şanlı tariximiz yenə məhz Gəncədə təkrarlanır, Gəncə adı 70 ildən sonra da Azərbaycanın müstəqillik tarixinə məğrur və milli ruhlu şəhər kimi yenidən yazılırdı.
Əsrin əvvəlində Cümhuriyyətimizin paxtaxtı olmuş şəhərin meydanında  Gəncə adının tezliklə bərpasından tutmuş, milli kimliyimizin bəyanına kimi doğma və mütərəqqi tələblər vətəndaşları coşdurmuşdu. Hamı Azərbaycana və xalqına hürr arzular diləyirdi. Lakin, o günü yaddaqalan edən çox maraqlı, təsirli bir hadisə də baş vermişdi. Azərbaycan öz tarixi kutsal bayrağına hakim çıxaraq üçrəngli cümhuriyyət bayrağımızı Gəncənin mərkəzində dalğalandırmış, inzibati binanın üzərinə qaldıra bilmişdi.
Meydanda öz aktivliyi ilə seçilən bir qrup gəncin əlində olan üçrəngli Azərbaycan bayraqlarının işığı göz qamaşdırırdı. Evlərdə millətçi ana-bacılarımızın müstəqillik həvəsilə tikib ərsəyə gətirdikləri bayraqlar hər kəsə böyük coşğu bəxş edirdi, doğma bayraqlar əllərdə qürurla yellənirdi.
Mitinqin təşkilat komitəsinin fəalları – Bayraqdar Məmməd və Vüqar isə əllərindəki irihəcmli Azərbaycan bayrağını İcraiyyə Komitəsinin inzibati binasının damındakı dirəyə taxmaq üçün tələsirdilər.
İgidlər heç nədən və kimsədən qorxmadan yolunu tapıb indiki İHB-nin binasının damına çıxanda sevincdən əlləri əsirdi. Vüqar əl atıb Gəncəni 70 ildir Kirovabad kimi “işğal” edən Azərbaycan-SSRİ bayrağını qopardıb Məmmədlə birlikdə meydana tərəf atdılar. Havada açılan o bayrağın yerə sərilməsi ilə insanların onu tapdalaması eyni anda baş vermiş, yeni həyəcan yaratmışdı. Məmməd isə artıq yuxarı daşıdıqları üçrəngli bayrağımızı lazım olan yerə bərkidib dalğalanan cümhuriyyət bayrağının ucaldığına qürrələnirdi…

Beləcə, Gəncədə qürurverici bir günü anmağa, xatırlamağa çalışdıq. İndi deyə bilərik ki, Gəncə üç rəngli bayrağımızı həm 1918-ci ildə, həm də 90-cı illərdə ilk dalğalandıran milli istiqlalçılar şəhəridir. Şanlı-şərəfli tarixin, müstəqillik günün mübarək Azərbaycan!
Osman Nərimanoğlu (müstəqil jurnalist)
Özəl olaraq Ens.Az və Demokratik.Az saytları üçün

Son xəbərlər

Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr

Kəlbəcər bu səhəri zəlzələ ilə açdı

"Sədərək" ticarət mərkəzində yanğın olub

Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTOLAR

Bu ilin birinci yarısında əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq

İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib

Gəncə Memorial Kompleksinə 10 milyon ayrıldı

Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"

Şahin Şıxlinskinin oğlu HƏBSDƏ QALDI

İsti hava şəraiti həftə sonunadək davam edəcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana dabaq xəstəliyindən azad status veriləcək

Palata ən çox rast gəlinən pozuntuları açıqladı - SİYAHI

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir

Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Son bir ayda sürücülərin sükan arxasında yuxulaması nəticəsində 21 avtoqəza qeydə alınıb

Azərbaycan İordaniya ilə şəhərsalma sahəsində tərəfdaşlığı müzakirə edib

Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Həsən Məmmədovun oğlu VƏFAT ETDİ

Bütün xəbərlər