{category-title}

ABŞ-ın 23 trilyon dollarlıq DÖVLƏT BORCU VƏ KORONAVİRUS...

 Yeni “Dünya Padşahı”nın kimliyi tam müəyyənləşənədək, koronavirus rəqabət aparan tərəflərin bir-birinə qarşı işlətdiyi əsas silah olacaq
 
II Dünya Savaşının əsas strateji qalibi sayılan ABŞ koronavirus pandemiyası ilə gerçəkləşən III Dünya Savaşından da uduşla çıxmaqdadır. Artıq “koronavirus tamaşası”nın ABŞ-ın 2017-ci ildə qəbul etdiyi yeni Milli Təhlükəsizlik Strategiyasında əsas düşmən kimi göstərilən Çinə qarşı ustalıqla hazırlanmış böyük bir əməliyyat olduğu hər keçən gün faktlarla təsdiqlənməkdədir.
 
Dünən bu yöndə daha bir ipucunu ABŞ Dövlət katibi Mayk Pompeo verib. O, ABŞ Milli Kəşfiyyat Şurasının və Ümumdünya Səhiyyə Təşkilatının virusun “təbiiliyi” haqda əvvəlki bəyanatlarını alt-üst edəcək sensasion fikirlər səsləndirib. Pompeo deyib ki, artıq virusun məhz Çindəki laboratoriyadan sızdığı və Çin rəhbərliyinin də bunu gizlətdiyi, dünyanı vaxtında xəbərdar etmədiyi haqda ABŞ tərəfi “təkzibolunmaz dəlillər” əldə edib!
 
Beləliklə, bundan sonra Tramp administrasiyasının Çinə qarşı növbəti həmlələrinin nələrdən ibarət olacağı gün kimi aydındır: rəsmi Pekinə qarşı, ABŞ başda olmaqla, dünya ölkələrinin əksəriyyəti trilyonlarla dollarlıq təzminat savaşı açacaqlar. Bütün dünya boyu Çin və çinlilərə qarşı basqı siyasəti həyata keçiriləcək, “Asiya Əjdahası”nı öz yuvasına çəkilməyə sövq edəcəklər. Son illərin ən böyük proyekti sayılan Çinin “Bir kəmər- Bir yol” layihəsi ətrafında qurulan yeni iqtisadi-hərbi-siyasi ittifaq dağıdılacaq, pandemiyanın iqtsadi baxımdan çökdürdüyü ölkələr isə xilas üçün yenidən, təsbeh dənələritək, ABŞ-ın ipinə düzüləcəklər...
 

Bununla da dövlət borcu 23 trilyon dolları ötmüş ABŞ-ın “dərin dövlət”in gücünü arxasına almış prezidenti Donald Tramp bir həmləylə həm dolların sahibi Federal Ehtiyatlar Sisteminə (FES), həm də Çinə olan borcunun xeyli hissəsini “qapatmış” olacaq və nəticədə, ABŞ eynən II Dünya Müharibəsindən sonrakı kimi, yeganə supergüc statusunu hələ uzun illər özündə qoruyub saxlamaq imkanı ədə edəcək...

 
Şübhəsiz, fövqəladə hal olmasa, Tramp Amerika xalqına 4 il əvvəl verdiyi böyük vədi – əsas düşmənləri Çini sıradan çıxardığına və “Hər şey Amerika üçün!” şüarını gerçəkləşdirdiyinə görə, noyabrda xilaskar simasında yenidən prezident seçiləcək.
Ancaq “Asiya əjdahası”nın də asanlıqla təslim olmayacağı, Amerika kapitalını Çinə yatıran zənginlərlə ortaq ittifaq halında demokratların prezidentliyə namizədi, CFR-in sabiq rəhbəri Co Baydenə dəstək verəcəyi, yaxın aylarda Trampa müqavimət cəbhəsini genişləndirəcəyi də gözləniləndir. Qısası, ABŞ-da seçkilər baş tutana - yeni “Dünya Padşahı”nın kimliyi tam müəyyənləşənədək, koronavirus rəqabət aparan tərəflərin bir-birinə qarşı işlətdiyi əsas silah olacaq.

Son xəbərlər

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Bütün xəbərlər