{category-title}

Gündəm / Olkə
1.05.2020, 12:13
Parlament Azərbaycanın yeni baş prokurorunun təyinatına “HƏ” dedi
Milli Məclisin iclasında Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Mediabiz.az-ın xəbərinə görə, məsələ səsə qoyulub.
Deputatlar səsvermədə Kamran Əliyevin baş prokuror vəzifəsinə namizədliyinin lehinə səs veriblər.
Qeyd edək ki, K.Əliyev Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisidir.