{category-title}

Karantin dövründə RAMAZAN TÖVSİYƏLƏRİ

 

Dünyadakı 1,8 milyard müsəlman Ramazan ayını koronavirus tədbirlərinin kölgəsində keçirəcək.

Qaynar-xett.az  BBC-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müsəlmanlar yaşayan ölkələrdə Ramazan ayı boyu sosial və dini davranışlarla bağlı riayət edilməsi vacib olan tədbirlər siyahısını açıqlayıb.

ÜST ibadət yerlərinin təmizliyi də daxil, oruc tutmağın virusa yoluxma riskini artırıb-artırmamasına qədər bir çox məsələyə toxunub.

Oruc tutmaq xəstəlik riskini artırırmı?

ÜST qeyd edib ki, oruc tutmaq və "Covid-19" arasındakı əlaqəylə bağlı hər hansı elmi araşdırma aparılmayıb.

Sağlam insanların oruc tutmalarının problem yaratmamalı olduğunu bildirən təşkilat digər xəstələr kimi, virusa yoluxanların da həkimə müraciət etmələrini tövsiyə edib.

ÜST-ün tövsiyələri arasında təzə qidalardan istifadə etmək və bol su içmək də var.

Ramazan tədbirləri keçirilə bilərmi?

Məscid

ÜST həmçinin qeyd edib ki, riskləri dəyərləndirdikdən sonra siyasətçilər sosial və dini məzmunlu yığıncaqların təxirə salınmasını "ciddi şəkildə" gözdən keçirməli, bu mümkün olmadıqda, yığıncaq yerlərində virusun yayılma riskini azaldacaq tədbirlər reallaşdırmalıdırlar.

Təşkilatın sosial məsafəylə bağlı tövsiyələri isə aşağıdakılardır:

  • insanlar arasında ən azı bir metr məsafə saxlanması;
  • əl yelləməklə, baş tərpətməklə və ya əli sinəyə qoymaqla salamlaşmaq variantlarından birini seçməklə fiziki təmasdan yayınma;
  • Ramazan tədbirləri zamanı əyləncə yerlərində, bazarlarda və mağazalarda çox sayda insanın toplanmasına imkan verilməməsi.

Yüksək risk qrupuna aid olan şəxslərlə bağlı tövsiyələr:

  • özünü pis hiss edən və ya Covid-19 əlaməti olan şəxsləri tədbirlərə qatılmamaq və ölkə miqyasında tətbiq edilən məhdudlaşdırmalara əməl etmək yönündə təşviq etmək;
  • yaşlı şəxsləri və xroniki xəstəlikləri olanları (məsələn, ürək, nəfəs yolu və xərçəng xəstəlikləri) yığıncaqlara qatılmamaları yönündə təşviq etmək.
Məscid

İftar yığıncaqları üçün tövsiyələr

ÜST iftar yığıncaqlarının mümkün qədər açıq havada keçirilməsini, bu mümkün olmadıqda isə məkanların tez-tez havalandırılmasını məsləhət görür.

Yoluxma ehtimalını azaltmaq üçün az sayda adamın iştirakıyla və qısa müddət ərzində yekunlaşacaq yığıncaqların keçirilməsi, bu tədbirlərdə sosial məsafənin qorunması tövsiyə edilir.

İftara qatılan şəxslər arasında "Covid-19" xəstələri aşkar edilərsə, filyasiya araşdırmalarının (mənbənin müəyyən edilməsi ) tətbiqi təmin olunmalıdır.

İbadət yerləri üçün tövsiyələr

ÜST hər yığıncaqdan əvvəl və sonra ibadət yerlərinin dezinfeksiya olunmasını tövsiyə edib.

Dezinfeksiya keçirən işçilər

Məscidlərdə ümumi gigiyena tələblərinə əməl edilməlidir. Təşviq olunmalıdır ki, insanlar şəxsi səccadələrindən istifadə etsinlər.

Qapı tutacaqları, elektrik düymələri, pilləkən məhəccərləri kimi çox toxunulan yerlər tez-tez dezinfeksiya olunmalıdır.

ÜST-ün digər tövsiyələri

ÜST zəkatların paylanması zamanı da sosial məsafənin qorunmasını istəyir.

Təşkilat iftar bufetlərində qələbəlik olmaması üçün süfrələrin əvvəldən qurulmasını tövsiyə edib. Yeməklərin hazırlanması, paylanması və süfrələrin yığışdırılması zamanı da qoruyucu tədbirlərə əməl olunmalıdır.

ÜST həmçinin bildirib ki, "Covid-19" epidemiyası zamanı siqaretdən ümumiyyətlə uzaq durmaq lazımdır:

"Siqaret çəkəndə barmaqlar (və yəqin ki, virus bulaşmış siqaretlər) dodaqlara toxunur və bu, virusun nəfəs yollarına keçmə ehtimalını artırır. Qəlyanların çox adam tərəfindən istifadə edilən başlıqları və xortumları da virusun yayılmasına şərait yaradır".

Tövsiyələrin "Ağıl və psixoloji sağlamlıq" bölümündə inanclı şəxslərdə təhlükəsiz məsafəni qoruyaraq dua edə biləcəklərinə inam yaratmağın vacibliyi vurğulanır.

"Ümid və təsəlli mesajlarıyla yanaşı, xəstələr üçün dualar etmək Ramazanın ictimai sağlamlığı qorumaq tələbini yerinə yetirmək vasitəsidir" - ÜST-ün tövsiyələrində qeyd edilən məqamlardan biri də budur.

Təşkilat xəbərdarlıq edib ki, hərəkət məhdudiyyətinin tətbiq edildiyi yerlərdə qadınlara, uşaqlara və ayrı-seçkiliyə məruz qalan digər şəxslərə qarşı ailədaxili zorakılıq arta bilər:

"Dini liderlər açıq şəkildə bu şiddətə etiraz edə, zərərçəkmişlərə yardım edə və ya onları yardım istəməyə təşviq edə bilərlər".

Genelgeye göre, iftar saatleri öncesinde oluşabilecek trafik yoğunluğunun önüne geçmek için iftar saatinin en az 3 saat öncesinden itibaren toplu taşımada kullanılan araç ve sefer sayısı arttırılacak.

İftar ve sahur vakitleri arasında vatandaşların yoğun olarak kullandığı ya da kullanabileceği caddelerin kapatılmasının da değerlendirileceği kaydedildi.

İftar saati öncesinde toplu taşıma araçlarında ve duraklarında sosyal mesafe ve maske kullanımına ilişkin denetlemeler yapılacağı da genelgede yapılan uyarılar arasında.

Son xəbərlər

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Bütün xəbərlər