{category-title}
Gündəm
25.04.2020, 12:24
Koronavirusla bağlı yeni “Çağrı Mərkəzi” yaradılıb
“TƏBİB-in yeni “Çağrı Mərkəzi” yaradılıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun şöbə müdiri Yaqut Qarayeva AzTV- də məlumat verib.
O bildirib ki, “Çağrı Mərkəzi” Heydər Əliyev Fondunun dəstəyi ilə Heydər Əliyev mərkəzində yaradılıb: “Orada 70-ə yaxın tibb işçisi fəaliyyətə başlayıb. “COVID-19” xəstəliyi ilə əlaqədar bütün suallara cavab veriləcək. Vətəndaşlara psixoloji dəstək göstərmək üçün mərkəzdə xüsusi psixoloji dəstək qrupu da var”.