{category-title}

Elə yardım edin ki, “başınıza dəysin” deməsinlər...

 

- Səfurə, o toyuğu bişirəndə, məni də çağırarsan...

Avtobusda qabaq oturacaqda əyləşən qadının cır səsi salonu başına götürmüşdü. İçəridə adam az olduğu üçün mən onun nə dediyini aydın eşidə bildim: “Ay qız, əlindən alan yoxdur. Səni televizorda özüm görmüşəm. Yardımın “karobka”sını elə qucaqlamışdın ki, guya əlindən alacaqlar. Dana bilməzsən, səni iki dəfə göstərdilər...”

Səfurənin kim olduğunu dəqiq bilmirəm. Bildiyim bircə odur ki, cır səsli arvadın təbirincə desək, həmin qadına bir “karobka” ərzaq yardımı göstəriblər. Yardım göstərənlər Səfirənin üzünü iki dəfə göstərdikləri üçün dost-tanış, qohum-qardaş, nəinki yaxın, hətta uzaq yoldaş da bu ailənin sıxıntı içərisində yaşadığını görüb və bilib. Bəlkə həmin qadını mən də görmüşəm. Çünki telekanallarımız bir gündə bir neçə dəfə bu cür süjetləri efirə verirlər.

Yadıma üç-dörd il əvvəl səfeh tanışlarımdan birinin öz dostuyla etdiyi zarafat düşdü. Biz Milli Parkda çay içib söhbətləşəndə, o, qəfildən dostuna zəng etdi: “Asim, əti tək yemə. Məni də kabab qonaqlığına çağır”.

Biz onu tərs-tərs süzəndə, belə cavab vermişdi: “Asim dostumdur. Dünən onlara qurban əti veriblər. Bir az zarafatlaşmaq istədim”.

Jurnalist marağı güc gəldiyi üçün soruşmağı özümə borc bildim: “Sən hardan bilirsən ki, onlara qurban əti veriblər?”

Belə cavab verdi: “Televizorda göstərdilər”.

Dünən özəl telekanalların biri ehtiyacı olan ailələrə ərzaq yardımı aparmışdı. Darısqal, təmirsiz mənzildə yaşayan çoxuşaqlı ailə ilə canlı bağlantı qurulmuşdu. Ata, ana və dörd uşağı telekanalın gənc əməkdaşının qarşısında dik dayanmışdı. Studiyadakı aparıcı yardım aparan müxbir vasitəsilə gic-gic suallar verib, camaatın zəhləsini tökürdü. Həmin vaxt məni aparıcının səviyyəsindən çox kamera qarşısında boy-boya düzülmüş uşaqların gələcəyi maraqlandırırdı. Niyə həmin uşaqların sinif yoldaşları bilməlidir ki, onların ailəsi makarona, vermeşelə, qarabaşağa möhtacdır? Apardığınız ərzaq bağlamasını qapının ağzında verib geri qayıtsaydınız, canınız çıxacaqdı?

Bu, hələ hamısı deyil. Ötən həftə daha acınacaqlı mənzərənin şahidi olmuşdum. Yenə telekanallardan birinin əməkdaşı hansısa imkansız ailəyə yardım aparmışdı. Evin sahibəsi olan yaşlı nənə yaşmağını burnunun üstünə qaldırmışdı. Qadının başında qara kəlağayı olduğu üçün bircə gözləri görünürdü. Müxbir iki ayağını bir başmağa dirəmişdi ki, üzünü aç görək sən kimsən. Aydın məsələdir ki, qadın utandığı üçün üzünü göstərmirdi. Həmin vaxt o müxbir əlimə düşsəydi, iki kəlmə deyəcəkdim: ay əclaf, qadının kimliyinin sənə nə dəxli var? O arvadın nəvə-nəticəsi bircə dəfə sənin nənənin kimliyilə maraqlanıb? Apardığını verib, niyə sürüşmürsən?

Koronavirus dünyada 126 milyon insanı işsiz qoyub. Azərbaycanda da iş yerini itirən, quru çörəyə möhtac olan minlərlə insan var. Bu adamlara kömək etmək hər birimizin borcudur. Amma elə edək ki, axırda “gördüyünüz iş başınıza dəysin” deməsinlər...

Seymur VERDİZADƏ

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər