{category-title}

"Virtual məktəb" şagirdlərə bu imkanları da yaratdı

 

Təhsil Nazirliyinin hazırlandığı elektron dərsliklər və əlavə video dərslər “Virtual məktəb” portalına inteqrasiya edilib.

Nazirlikdən Lent.az -a bildirilib ki, portalın funksionallığı genişləndirilərək qeyd olunan imkanlarla bərabər görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları təqdim edilib.

Elektron dərsliklərdən faydalanmaq üçün platforma istifadəçiləri “Teams” bölməsindən fənn kanalını seçməlidirlər. Mobil tətbiq istifadəçiləri əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.

Əlavə video dərsləri izləmək və yaxud test tapşırıqlarını yerinə yetirmək üçün isə “Teams > General” bölməsində müvafiq olaraq “Video resurslar” və ya “Testlər” altbölmələrinə daxil olmaq lazımdır. Mobil tətbiq istifadəçiləri də əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.

Qeyd edək ki, hazırda digər tədris məzmunlu resursların da portala inteqrasiyası üzərində işlər aparılır. Şagirdlər karantin müddətində bu resurslardan faydalanmaqla yanaşı, məktəblərdə tədris prosesi başladıqdan sonra da öz şəxsi səhifələrinə daxil olaraq, mövcud imkanlardan yararlana biləcəklər. Eyni zamanda portalda qeydiyyatdan keçmiş müəllimlər bu resursları sinif otağında dərslərində tətbiq edə biləcəklər.

Nəzərinizə çatdıraq ki, aprelin 2-dən Təhsil Nazirliyi "Virtual məktəb" layihəsinə start verib. Aprelin 21-dək ölkənin 65 şəhər və rayonundan 370 min şagird və 20 min müəllim "Virtual məktəb" portalında qeydiyyatdan keçib. Layihənin məqsədi Təhsil Nazirliyinin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir.

Son xəbərlər

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Bütün xəbərlər