{category-title}

Böyük dövlətlər Hindistandan həmin dərmanı istəyirlər - TƏHLİL

 

Dünyada koronavirus təhlükəsi azalmır. Virus bəzi dövlətlərdə geniş yayılır, digərlərində isə tədricən miqyası azalır. Ancaq hətta ikinci ölkələrdə belə virusun yenidən geri qayıdacağı ehtimalını nəzərdən qaçırmırlar. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı karantindən imtinanın hələ erkən olduğunu bəyan edirlər. Ekspertlərin fikrincə, koronavurisla mübarizədə bir neçə ssenari var.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, virusun yayılma gücü bir neçə aydan sonra azalacaq və ya xəstəlik tamamən yox olacaq.

Ekspertin sözlərinə görə, bu arqumenti səsləndirənlər bunu yay aylarında virusun təsirinin azalacağıyla izah edirlər:

“Ancaq problem ondadır ki, hazırda koronavirus isti Afrika ölkələrində də yayılır. Ona görə də isti aylara olan ümid özünü doğrultmaya da bilər. Digər ssenari isə odur ki, koronavirusla mübarziə ilin sonuna qədər davam edə bilər. Bu müddətdə koronavirusa qarşı peyvənd və dərmanın hazırlanması çalışmaları davam edəcək. Müxtəlif rəylərə görə peyvəndin və xəstəliyi yox edə biləcək dərmanın hazırlanması ən yaxşı halda 12 və ya 15 ay uzana bilər. Dərmanla bağlı müxtəlif ölkələrdən müxtəlif xəbərlər gəlir. “Koronavirusun dərmanı tapıldı” kimi sensasiya mahiyyətli xəbərlər geniş yayılıb. Ancaq hətta adı çəkilən dərmanı ixtiraçısı kimi qələbə verilən mütəxəssislər açıqlama verərək ixtira etdikləri dərmanın insan üzərində tətbiqinə ehtiyac duyduqlarını və bunun zaman alacağını bildirirlər. Ona görə də istəilən halda peyvəndin və dərmanın ixtirası zaman alacaq. Buna baxmayaraq, bəzi dövlətlər hazırda əllərində olan dərmanlardan istifadə etməyə çalışırlar. Koronavirusdan hazırda ən çox əziyyət çəkən ölkə Amerika Birləşmiş Ştatlarıdır. Bu ölkənin dərmana daha çox ehtiyacı var. ABŞ prezidenti Donald Tramp tələsir, işislzik artıb, iqtisadiyyat iflic olub. Donald Tramp martın 21-də verdiyi açıqlamada koronavirusa qarşı istifadə oluna biləcək dərmanların siyahısını açıqladı. Ağ Ev sahibi həmin dərmanlardan - hidroksixloroxin və azitromisindən sınaq kimi istifadə etməyi məsləhət bildi. Tramp rəsmi “tvitter” hesabında bunu yazmışdı: “Tibb tarixinin ən böyük oyununun gedişatını dəyişdirmək üçün real imkanlar var. ABŞ-ın Ərzaq və Dərman Administrasiyası böyük uğura imza atıb. Ümid edirəm onlar tezliklə istifadəyə veriləcək. İnsanlar ölürlər, cəld hərəkət eləmək lazımdır. Tanrı hər kəsi qorusun”.

Analitikə görə, bir sıra tibbi ekspertlər Trampın açıqlamasının əsassız olduğunu qeyd etdilər:

“Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitunun icraçı direktoru Entoni Fausi Trampın qeyd etdiyi dərmanlar haqqında müsbər rəy vermədi. Hidroksixloroxin malyariya xəstəliyinə qarşı istifadə olunan dərmandır. Azitromisin isə antibiotik kimi istifadə olunur. Dünyada hidroksixloroxin dərmanı təchizatının 70 faizini Hindistan təmin edir. Ümumiyyətlə dünya dərman bazarında Çin və Hindistan aparıcı mövqedədirlər. Ancaq koronavirusun yayılmasıyla bağlı Çinlə əməkdaşlığa maraq azalıb. Digər tərəfdən koronavirusun aşkarlanması məqsədilə Çinin bəzi ölkələrə göndərdiyi testlərdə virus aşkarlanıb. Vaşinqton Hindistana müraciət edib. Hindistanın əczaçılıq şirkətləri ABŞ-a hidroksixloroxin dərmanı göndərəcəklər. Hindistanın Əczaçılar Alyansının baş katibi Sudarşan Cain dərman şirkətlərinin və apteklərin anbarlarında ölkəyə kifayət edəcək qədər hidroksixloroxin dərmanının olduğunu, bu dərmanın Birləşmiş Ştatlara ixracına başlana biləcəyini açıqlayıb.
Digər ölkələr də koronavirusla mübarizədə hidroksixloroxin dərmanının imkanlarını nəzərdən keçirirlər. Məsələn Rusiyanın Səhiyyə Nazirliyi də koronavirusun yaratdığı xəstəliyin müalicəsində tövsiyə etdiyi dərmanlar arasında hidroksixloroxini qeyd edib. Bu o deməkdir ki, bu və digər dərmanların idxalı məqsədilə Hindistana müraciət edəcək dövlətlərin sayı artacaq”.


Son xəbərlər

Azərbaycanda bir sıra elektron reyestrlə bağlı informasiya sisteminin əsasnaməsi təsdiqlənib

AMB ölkədə kredit kartlarının sayının azalmasını şərh edib

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

Taleh Kazımov: "Bankların xidmət tariflərinə müdaxilə etmirik"

Mais Məmmədov: Zamanın fövqündə duran lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycanın sarsılmaz yüksəliş yolu

Cevdet Yılmaz: Ermənistanda Türkiyə bayrağının yandırılması narahatlıq doğurur

Sabah 23 dərəcə isti gözlənilir

Məcnun Məmmədov: "Azərbaycanda müasir suvarma sistemlərinin əhatə dairəsi 300 min hektara çatdırılacaq"

İslam İnkişaf Bankı Qrupunun sədri Qarabağa səfər edəcək

WUF13-ün proqramı açıqlanıb

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı - Müraciət

Bu günün valyuta məzənnələri

Krıma PUA hücumu zamanı beş nəfər ölüb

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Sumqayıtda avtomobil yolu çöküb

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI

Bütün xəbərlər