{category-title}

Vergilər Nazirliyi bələdiyyələrə vergi və ödənişləri toplamaq üçün dəstək verəcək

 

Vergilər Nazirliyi bələdiyyələrə mədən vergisi, turizm obyektlərində xidmət göstərən şəxslərdən isə ödənişləri toplamasına dəstək verəcək.

APA-nın məlumatına görə, bu, 2019-cu il üzrə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”də əksini tapıb.

Məruzədə qeyd edilib ki, yerli büdcənin gəlir mənbələrindən olan mədən vergisi, həmçinin mehmanxana, sanatoriya-kurort və turizm xidməti göstərən şəxslərdən ödənişlərin yerli büdcələrə ödənilməsi vəziyyəti təhlil edilib. Aşkar olunan çatışmazlıqların və qanunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirilib. Bələdiyyələrə yerli vergi və ödənişlərin yığımı sahəsində yaranmış borcların məcburi tutulmasını təmin etmək məqsədilə pul tələbləri üzrə inzibati akt qəbul edilməsi ilə bağlı qanunvericiliklə yerli özünüidarəetmə orqanlarına verilmiş səlahiyyətlərdən istifadə edilməsi tövsiyə edilib, ayrı-ayrı bələdiyyələrə bu cür aktların hazırlanmasında zəruri metodik kömək göstərilib.

Məruzədə nəzərə çatdırılır ki, mədən vergisi ödəyiciləri və mehmanxana, sanatoryia-kurort və turizm xidməti göstərən şəxslər tərəfindən bəyannamələrin ümumiyyətlə, təqdim edilmədiyi hallarda bələdiyyələr yaranmış borcun məbləği barədə təsdiqedici məlumatlara malik olmadığından pul tələblərinin icrasına dair inzibati akt qəbul edə bilmirlər: “Yerli ödənişlərin ödəyiciləri tərəfindən müvafiq hesabatların verilməsinin qanunla müəyyən edilməsi, eləcə də vergi hesabatları ilə yanaşı yerli ödənişlər üzrə hesabatların da təqdim edilməməsinə görə məsuliyyətin müəyyən edilməsi göstərilən problemin həllinə müsbət təsir edə bilər. Habelə mədən vergisi ödəyiciləri və mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərin dövlətin vergi orqanına təqdim etdikləri bəyannamələrdə istehsal edilən yerli tikinti materialının həcmi və mehmanxana, sanatoriya-kurort və turizm obyektlərində gecələyən şəxslərin sayı göstəriləcəyi təqdirdə bələdiyyələr tərəfindən həmin məlumatların vergi orqanlarından çox asanlıqla əldə ediləcəyi nəzərə alınaraq hazırlanmış təkliflər Vergilər Nazirliyi tərəfindən müsbət qiymətləndirilib. Vergilər Nazirliyi tərəfindən aparılacaq təkmilləşdirmə tədbirləri çərçivəsində məsələyə baxılacağı bildirilib”.

Son xəbərlər

Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM

Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif edib

Suriya ordusu Hələbdə PKK/YPG-nin mövqelərini bombalamağa başlayıb

Partlayışda ölən SOCAR-ın işçisi imiş - Rəsmi

Şəkidə məktəb binası YANDI

İran etirazları yatırmaq üçün İraqdan milis dəstələri GƏTİRİB

Cəbrayılda mina partladı - Xəsarət alan var

Nəzrin ölümünə görə həbs olunan həkim azadlığa çıxdı

Xidmət rəisi Neftçalada vətəndaş qəbulu keçirəcək

Sumqayıtda irigövdəli ağac qaz xəttinin üzərinə aşıb, 650 abonent qazsız qalıb

Bakı Teleqüllə Kompleksində müayinə və layihələndirmə işləri görüləcək

Təbriz, Ərdəbil və Zəncana əlavə təhlükəsizlik qüvvələri yeridilib

FHN dumanlı havaya görə kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib

Azərbaycan nefti cüzi ucuzlaşıb

Gəncənin pravoslav icması Milad bayramını qeyd edir

Memar Əcəmi stansiyasının 4-cü çıxışı müvəqqəti bağlanacaq

Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə İTTİHAM OLUNUR

“TikTok”da yarış təşkil edən Azər Zahid və köməkçisi barədə cinayət işinə xitam verilib

Azərbaycanda 149 uşaq övladlığa verilib

Maaş və pensiyalarda bu qədər artım olacaq - Deputat AÇIQLADI

Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapıldı

Aqrar fəaliyyətlə məşğul olan obyektlərin tikintisinə icazə təsdiqləndi

Leyla Əliyeva Maskatda Oman Sultanlığının Vəliəhdi ilə görüşüb

“Liverpul” - “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

Bütün xəbərlər