pressxeber.info
pressxeber.info

Azərbaycanda məsciddən xeyli pul oğurlanıb

320 dəfə baxılıb 1-05-2018, 20:06


Masallıda oğurluq etmiş şəxslər tutulub. pressxeber.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublunun oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub. Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər aşkarlanaraq saxlanılıblar.

 

Hadisəni törədənlərin Cəlilabad rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Əli Zeynalov və Nizami Mahmudov olduqları müəyyən edilib. Saxlanılan şəxslər törətdikləri əməli etiraf edib və oğurladıqları pulun müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Haziran 2021    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi