{category-title}

Rusiya-Ukrayna müharibəsi Azərbaycana 1 milyard zərər vurub - Ekspert danışır


Dövlət Gömrük Komitəsinin (DGK) 2022-ci ilin birinci rübünün yekunları ilə bağlı hesabatına görə, ölkənin neftin ixracı 5 milyon 887 min 523,51 ton təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% azdır.

İxrac edilən neftin ümumi dəyərinə gəldikdə, bu rəqəm 3 milyard 680 milyon 31,85 min dollar təşkil edib. Cari ilin ilk rübündə neft gəlirlərində 38,1% artım qeydə alınıb.

DGK bildirir ki, 2022-ci ilin yanvar-mart aylarında neftin ümumi ixrac strukturunda xüsusi çəkisi 46,11% (2021-ci ilin birinci rübündə 64,4%) təşkil edib. Birinci rübdə Azərbaycanın ixrac neftinin orta qiyməti bəyan edilmiş qiymətlərə görə, 83,3 dollar/barel təşkil edib.

Hesabat dövründə 17 ölkə Azərbaycan neftinin alıcısı olub. Onların arasında 2022-ci ilin birinci rübündə “qara qızıl”ın bütün ixracının 40,4%-nə müştəri çıxan İtaliya əsas alıcı olaraq qalır. Birinci üçlükdə, İtaliya ilə yanaşı, Portuqaliya və İsrail də var. Ukrayna 2022-ci ilin yanvar-mart aylarında üçüncü yerdən dördüncü yerə düşüb.

Hesabat dövründə ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığı da artıb. 2022-ci ilin ilk üç ayı ərzində Azərbaycanın bütün ixracının 90.89 faizi neft-qaz sektorunun payına düşüb. Başqa sözlə, ölkənin ticarət yoluyla qazandığı hər 100 dollardan 91-i neft-qaz sektoru hesabına formalaşıb. Eyni göstərici ötən il 88 idi. İl ərzində neft-qaz sektorundan əldə edilən gəlirin 52 faizi neft, 48 faizi təbii qaz satışından qazanılıb.

Neft-qaz ixracı ilə bağlı diqqətçəkən bir məqam da bu ilin martında Azərbaycanın təbii qaz satışından gəlirlərinin neft satışından əldə etdiyi gəlirləri ötməsi olub. Ötən ay Azərbaycan təbii qaz satışından 978 milyon dollar, neft satışındansa 736 milyon dollar gəlir əldə edib. Birinci rübdə neftdənkənar sektorun ixracı toplam ixracın 9 faizi – 727 milyon dollar olub. Qeyri-neft sektorunun ixracının 17.18 faizi meyvə-tərəvəz, 15.80 faizi plastmas və ondan hazırlanan məhsullar, 13.37 faizi kimya sənayesi məhsulları, 10 faizi pambıq lifi, 9.56 faizi isə alüminium və ondan hazırlanan məhsul ixracının payına düşüb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, Azərbaycanın maye karbohidrogen hasilatının rüb ərzində 5,3% azalmasına baxmayaraq, Neft Fondunun neft və qaz satışından əldə etdiyi mənfəət bu ilin yanvar-martında 1 mlrd. 264 mln. dollar artıb. Onun sözlərinə görə, 2022-ci il martın 31-ə olan məlumata görə Dövlət Neft Fondunun aktivləri 2022-ci ilin əvvəlinə (45 milyard 025,1 milyon dollar) nisbətən cəmi 0,53 % artaraq 45 milyard 264,0 milyon dollar təşkil edib.

Bəs neft-qaz mənfəəti bu qədər artıbsa, Neft Fondunun aktivləri niyə çox cüzi artım nümayiş etdirib?

Ekspert qeyd edir ki, bunun səbəbi Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin fəsadlarına bağlıdır: “Maraqlı fakt odur ki, bir rübə illik neft-qaz satışı üzrə proqnoz edilən gəlirin 45%-i əldə edilib. Rüb ərzində dövlətin Fondda toplanan neft-qaz mənfəəti 2.262 mlrd. dollar olub. Həmçinin Rusiya-Ukrayna müharibəsinin qlobal bazara neqativ təsirləri rüb ərzində Dövlət Neft Fondunun investisiya portfelinin təqribən 1 mlrd. dollar itkiyə məruz qalmasına səbəb olub”.

İqtisadçı xatırladır ki, Neft Fondunun aktivində 108 ton qızıl var: “Aktivlərin 70% Amerika dollarında saxlanılır, avroda olan aktivlərin xüsusi çəkisi isə 20%-dən aşağı həddə düşüb, 4,8% aktiv isə funt sterlinqdədir”. //pressklub.az//

Son xəbərlər

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb

Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar

Prezident Şamaxıya gedib - FOTOLAR

Polis Azərbaycanda 24 nəfəri saxladı

Bu gün 20 dərəcə isti olacaq - PROQNOZ

Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır

Bu gün Beynəlxalq Novruz günüdür

Azərbaycanda universitet 345 işçi axtarır - Vakansiya SİYAHISI

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycanda Novruz bayramı qeyd edilir

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb

Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib

Elşad Abdullayev: Xalqımızın ən sevimli bayramı - Novruz

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

Bayram günlərinin hava proqnozu açıqlanıb

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bütün xəbərlər