{category-title}

Ötən gün mətbuatda Vergilər Nazirliyinin adından “Gizli məşğulluq bəzi üzdəniraq işəgötürənlərə sərf edir” başlıqlı (yazımı deyək, bəyanatmı deyək bilmirik-red.) açıqlama yayılıb. Həmin bu açıqlamada əməkhaqlarının rəsmiləşdirilməsi sahəsindəki vəziyyət təhlil olunaraq, bir növ sahibkarlara və muzdlu işçilərə müraciət olunur. Və çağırış edilir ki, işəgötürənlərlə işçilər arasında indiyədək gizlədilən əmək münasibətləri əmək müqavilələrilə rəsmiləşdirilsin.

Əlbəttə ki, ideya və məqsəd olaraq, bir növ təbliğat xarakteri daşıyan bu açıqlamanı normal qarşılamaq olardı. Lakin kim olduğunu bilmədiyimiz mətnin müəllifi nədənsə birdən-birə hələ də işçilərilə əmək müqaviləsi bağlamayan, yaxud müqaviləyə real göstəriciləri daxil etməyən sahibkarları “üzdəniraq” adlandırır.

Yəqin ki, “üzdəniraq” sözünün heç də yaxşı ifadə olmadığını və son zamanlar daha çox kimlər üçün işlədildiyini xüsusi izah etməyə ehtiyac yoxdur. Kimsə deyə bilər ki, bu adi sözdür və hüquqi baxımdan bəlkə də təhqir sayıla bilməz. Ancaq reallıqda bu sözün əksər halda torpaqlarımızı işğal edənlərə, yaxud dövlətçiliyimizin, tariximizin, mədəniyyətimizin və s. dəyərlərimizin əleyhinə fəaliyyətdə olanlara və digər məlum tiplərə ünvanlandığının şahidiyik. Yaxşı, bəs bu ölkədə yaşayan, özüylə bərabər digər həmvətənlərini pis-yaxşı işlə təmin edən, evinə çörək aparmasına yardımçı olan, büdcəyə vergi ödəyən vətəndaşa, sahibkara necə “üzdəniraq” demək olar? Bu nə ritorikadır, kim verib nazirliyə bu ixtiyarı?

Bəlkə elə bu nazirliyin başımnda oturub, uzun illər “at oynatmış”, sahibkarın dərisini boğazından çıxarmış, hətta MTN-in quldur dəstələrilə əlbir olub 3-5 manat qazancı olan vətəndaşı şərləyib tutduranlardır “üzdəniraqlar”?

Nazirliyin adından qəribə bəyanat - VERGİLƏR NAZİRLİYİ KİMƏ “ÜZDƏNİRAQ” DEYİR?
Özü də biləsiniz ki, həmin məlum komandanın tör-töküntüləri hələ də bu qurumda qalmaqdadır. Əlbəttə ki, yeni rəhbərlik tərəfindən kadr məsələlərində ciddi təmizləmə işləri aparılıb. Ancaq görünür məmurların, yaxud nazirliyin adından bu cür açıqlamalar yayan vəzifəli şəxslərin sahibkarlara münasibətlə bağlı beyinlərində də təmizləmə işləri aparmağa ehtiyac var…

Əgər bir sahibkar işçilərin sayını gizlədirsə, yaxud əmək müqaviləsində real əmək haqqını tam göstərmirsə, bunun günahkarı təkcə sahibkar yox, həm də qanunvericiliyin real bizneslə hələ də tam ayaqlaşa bilməməsidir və bu, heç kimə sahibkarı “üzdəniraq” adlandırmasına haqq vermir. Əgər belədirsə, ən böyük “üzdəniraqlar” elə nazirlik rəhbərlərinin də çox gözəl tanıdıqları məmur-oliqarxlardır. Bugün vəzifədən oğurladıqları milyonlar hesabına biznes quranların 90 faizi nə əmək münasibətlərini, nə də digər hüquqi prosedurları tam və şəffaf şəkildə rəsmiləşdirmir. Ancaq buna baxmayaraq, onların biznesləri çiçəklənir, nə vergi orqanı ilə problemləri var, nə də digərləri ilə. Bəlkə elə ən böyük “üzdəniraqlar” da belələrinin əyri yollarla varlanmasına göz yuman, qanuni tədbir görməyən qurumlar və məmurlardır?

O ki qaldı sıravi, yəni sahibsiz sahibkarlara, onların da əmək münasibətlərini tam rəsmiləşdirməməsi səbəbsiz deyil. Bugün Azərbaycanda real sektorun necə ağır durumda olduğunu vergi orqanları hamıdan yaxşı bilir. Kredit faizləri kəllə-çarxda, digər maliyyə mənbələri əlçatmaz, rəqabət mühiti bərbad durumda, əhalinin alıcılıq qabiliyyəti aşağı səviyyədə və s. – hansı birini deyəsən?

Nazirliyin adından qəribə bəyanat - VERGİLƏR NAZİRLİYİ KİMƏ “ÜZDƏNİRAQ” DEYİR?
Əvəzində vergi faizləri və sosial ödəmələrin miqdarı isə gəlirlərlə tərs mütənasib. Əgər gəlirlər yüksək olsa, kiçik və orta sahibkarların böyük əksəriyyəti əmək haqlarını olduğu kimi göstərər və 25 faiz sosial ödəməsini də edər. Ancaq onların gəlirləri buna imkan verirmi?

Yeni qanunvericiliyə görə, əmək haqqı aylıq 200 manatı keçirsə, bu məbləğin 15 faizi işəgötürən, 10 faizi isə işçi tərəfindən sosial sığorta haqqı kimi ödənilməlidir.Ancaq praktikada işçilərin böyük əksəriyyəti həmin 10 faizi ödəmək istəmir, çünki məsələn 300 manatla dolanan binəva işçi bunun 30 manatını sosiala ödəsə, evə nə aparacaq? Nəticədə razılaşır ki, rəsmi əmək haqqı 200 manatdan az göstərilsin və 25 faizlik sığorta haqqını sahibkar ödəsin(baxmayaraq ki, maaşı 300 manat civarında göstərmək sahibkara daha çox sərf edir-red.) Guya bundan vergi orqanının xəbəri yoxdur?

Sonda bir daha nazirliyin açıqlama yayanlarına xatırlatmaq istərdik ki, nə qədər xoşagəlməz hal osa da, obyektiv və subyektiv səbəblərdən ölkədəki 1 milyona yaxın vergi ödəyicisinin olduqca böyük əksəriyyəti hələ də əmək münasibətlərini tam, yəni ideal formada rəsmiləşdirməyib. Bu qədər adama “üzdəniraq” demək isə nə etik qaydalara, nə də belə bir dövlət qurumunun statusuna və riayət etməli olduğu dil üslubuna uyğun deyil…/azpolitika.info/

Son xəbərlər

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Yunis Səfərovla bağlı yeni QƏRAR

Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir

İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA

Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur

İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH

Ramin Məmmədov deputat mandatından məhrum edildi

Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib

Bazar günü imtahan olacaq

Nisyə siqaret vermədiyi üçün satıcını baltalayan kişi HƏBSDƏ ÖLDÜ

Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq

Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB

İlham Əliyev Kalaşnikovu qəbul edib

Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib

Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA

Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”

Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı

Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt

Bütün xəbərlər