{category-title}

Əliabbas Salahzadə

Milli Məclisin deputatı

 

Bu gün dünyada çox ciddi geosiyasi proseslər cərəyan etməkdədir. Bu proseslərin kontekstində ölkəmiz özünün ən böyük problemi olan ərazi bütövlüyü məsələsini uğurla və hərbi-siyasi yolla həll etmişdir. Lakin hamımıza məlumdur ki, dünyanın inkişaf etmiş ölkələr adlandırdığımız bir sıra dövlətləri Cənubi Qafqaza gəlmək və bu bölgəni öz təsir dairələrinə salmaq üçün siyasi gedişlər edir, buna görə də ölkəmizə siyasi təzyiqləri artırırlar. Təbiidir ki, bu ölkələrin sırasında başlıca yeri Fransa dövləti tutur. Hansı ki, XV əsrdə birləşmə prosesi başa çatdıqdan sonra dünyanın müxtəlif bölgələrində, xüsusən də Afrika materikində müstəmləkəçi siyasət yeritmiş yüz minlərlə insana qarşı genosid siyasətini həyata keçirmişdir. Bu gün Fransa müstəmləkə rejimlərinin qalıqları ortadan qalxmaqdadır. Lakin, bununla paralel olaraq, Fransa təsir istiqamətlərini bölgəmizə doğru yürütmək niyyətindədir. Əgər keçmişə nəzər salsaq, XX əsrin əvvəllərində də, xüsusən də Xalq Cümhuriyyəti dönəmində Fransanın daim Ararat Respublikasının yanında olduğunu görərik. Bu baxımdan bir neçə gün öncə paytaxtımızda düzənlənmiş yeni kolonizasiya siyasətinə qarşı konfransı əhəmiyyətli hesab edirik və hesab edirəm ki, bu konfrans ölkəmizin yeni diplomatik uğurlarından biridir. Ölkəmizə qarşı yönəldilmiş siyasi təzyiqlər, təbiidir ki, Cənab Prezidentimizin yürütdüyü siyasət nəticəsində neytrallaşacaq. Çünki, bu siyasətin əsası yoxdur, hər hansı bir tarixi gerçəkliyə dayanmır. Bu mənada ötən gün Tehran şəhərində təşkil edilmiş 3+3 formatında görüşün bölgəmizdəki proseslərin region oyunçuları tərəfindən tənzimlənməsi baxımından önəmlidir. Çünki, artıq o zaman yetişib ki, qonşular öz problemlərini özləri həll etsin və əməkdaşlığı genişləndirsin. Bu mənada 100 ildən çox yaşı olan “Qafqaz Evi” ideyasının gerçəkləşməsi bölgəmizdə sülhün bərqərar olması üçün həyati əhəmiyyətlidir.

Diqqət çəkən ən vacib məqam müasir dövrdə cərəyan edən siyasi proseslərdə ölkəmizin əsas söz sahiblərindən biri olmasıdır. Vətən Müharibəsində və sonrakı dönəmdə lokal xarakterli hərbi əməliyyatlarda hərbi gücümüz, Cənab Prezidentimizin siyasi iradəsi qeyd etdiyim hər iki məqamın formalaşmasını və qüvvətlənməsini təmin edən milli birliyimiz, nəhayət hərbi əməliyyatlarda göstərdiyimiz humanizm və insansevərlik uğurumuzun əsasıdır. Aparılmış əməliyyatlar zamanı dünyada görülməyən sayda demək olar ki, yox dərəcəsində qarşı tərəfin mülki əhalisinə ziyan toxunmuşdur. Dünyada elə bir hərbi münaqişə və ölkə yoxdur ki, ərazidən öz xoşu ilə köçmək istəyən mülki əhaliyə “burada qalın və vətəndaşım olun, hər hüquqdan yararlanın” – dəvətini edir, onlara hər bir qayğını göstərir.
Hesab edirəm ki, qarşıda duran ən vacib məsələ azad edilmiş ərazilərə qayıdışın sürətlənməsidir. Quruculuq və qayıdış üçün həm iqtisadi gücümüz, həm də ki, siyasi iradəmiz ortadadır. İnsanlarımızın vətənsevərlik hissləri isə ən uca nöqtəsinə çatmışdır. Bütün bunlar qarşıdakı aylarda qarşımıza qoyduğumuz məqsədimizə çatmağa imkan verir.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər