{category-title}

 

Əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır

 Bildiyimiz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyev oktyabrın 8-də Gürcüstana rəsmi səfər etmişdir. Cənab Prezident mətbuata verdiyi bəyanatda qeyd etmişdir ki, bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir.  Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.

Dövlət başçımızın Gürcüstana səfəri,  orada mühüm görüşlər keçirməsi və müzakirələr aparması, Azərbaycan Prezidentinin xarici siyasət kursunda yaxın qonşularla dostluq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə xüsusi önəm verməsi ulu öndər Heydər Əliyevin bu istiqamətdəki addımlarının davam etdirilməsidir. Elə həmin ünsiyyətlərin öz müsbət nəticələrini verməsinin təməlində də bilavasitə ümummilli liderimizin tövsiyələri dayanır.

Danılmaz faktdır ki, gənc müstəqil dövlətimizin mühüm tarixi uğurlara imza atmasında qardaş Türkiyə Cümhuriyyəti, strateji müttəfiqimiz olan Rusiya Federasiyası, Xəzərin Azərbaycan sektorundan çıxarılan karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çıxarılmasında ilk tərəfdaşımız olan Gürcüstan və Xəzərin gündoğan sahillərindəki türkdilli ölkələrlə davam etdirilən  dostluq və tərəfdaşlıq münasibətlərinin xüsusi rolu olmuşdur. Həmin ölkələrin hamısı ilə təmaslarımız intensivləşir.

Dövlət başçımızın dost Gürcüstana bu səfəri də bir neçə cəhətdən əlamətdar oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar. Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən Ümummilli Liderə ehtiramın ifadəsi olan bu sərgi Ulu öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir. Eləcə də, sərgidə Ulu öndərin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan – Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Ulu Öndər Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunur. 

Dövlət başçımız mətbuata verdiyi bəyanatında vurğulayıb ki, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək: “Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması, əlbəttə ki, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək”.

Xatırladaq ki, bu il aprelin 7-də Azərbaycanda səfərdə olmuş Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ şəhərindəki çıxışında qeyd etmişdi ki, Azərbaycanla, Azərbaycan xalqı ilə bu sıx dostluq və qardaşlıq münasibətləri olduqca önəmlidir: “Bizim dostluğumuzun çox qədim tarixi var və Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır. Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik və o layihələr bizim xalqları, ölkələri daha da sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illərdə də bu, belə olacaqdır. Biz dəfələrlə bu mühüm layihələri qeyd etmişik”.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında həyata keçirilən bu səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edilib. Xüsusilə vurğulanmalı məqamlardan biri də dövlət başçımızın mətbuat üçün verdiyi bəyanatda Ermənistan –Azərbaycan münasibətlərinin normallaşdırılması barədə danışarkən səsləndirdiyi  fikirlər idi:  “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”.

 

 

İlhamə Xudazarova,

Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi, YAP fəalı

 

 

 

Son xəbərlər

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Sumqayıtda avtomobil yolu çöküb

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək

Sumqayıtda evdə yanğın olub, ana və qızı tüstüdən zəhərlənib

Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

Bakı metrosundan apreldə 20 milyondan çox sərnişin istifadə edib

Qazaxıstanda zavodda partlayış nəticəsində iki nəfər ölüb

Bakı, Sumqayıt və Abşeronda pensiyaların ayın 14-də ödənilməsi nəzərdə tutulur

Azərbaycanda ən populyar mobil cihazlar - SİYAHI

Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

BİZİM TƏQVİM:Mayın 5-də baş vermiş tarixi hadisələr

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb

Dövlət Komitəsində kollegiya iclası keçirilib, tapşırıqlar verilib

İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Naxçıvanda “Zəngəzur yolu: tarixin izi ilə” mövzusunda konfrans keçirilib

İran ordusu: ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb

Sabah yağış yağacaq - PROQNOZ

İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq

"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

Cevdet Yılmaz Ermənistana səfər edəcək

Bütün xəbərlər