{category-title}

Eldar Həsənovun bu mülkləri müsadirə olundu - Siyahı

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın keçmiş Baş prokuroru, sabiq səfir Eldar Həsənov 10 il müddətə azadlıqdan məhrum edilib.

PressXeber.info qafqazinfo-ya istinadən xəbər verir ki, həbsdən əlavə olaraq məhkəmənin qərarı ilə Baş Prokurorluğun depozit hesabında saxlanılan Eldar Həsənova aid 50 217 AZN, həmçinin ona məxsus olmaqla qohumlarının adlarına rəsmiləşdirilmiş və üzərinə həbs qoyulmuş əmlaklar da müsadirə edilib.

Həmin əmlakların siyahısı belədir:

- Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 252 kvadrat metr sahəsi olan bağ evi (0.12 hektar torpaq sahəsi ilə birlikdə);

- Bakı şəhəri Nəsimi rayonunda yerləşən 318,4 kvadrat metr sahəsi olan mənzil;

- Bakı şəhəri Nərimanov rayonunda yerləşən ümumilikdə 53 kvadrat metr qeyri-yaşayış sahəsi olan üç ədəd mağaza;

- Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi;

- Bakı şəhəri Yasamal rayonunda yerləşən 106 kvadrat metr sahəsi olan mənzil;

- Abşeron rayonu Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5 hektar torpaq sahəsi;

- Bakı şəhəri Xətai rayonunda yerləşən 347 kvadrat metr sahəsi olan fərdi yaşayış evi və torpaq sahəsi;

- Monteneqronun Budva şəhərində yerləşən 137 kvadrat metr sahəli mənzil.

Qeyd edək ki, istintaq zamanı "Oskar" firmasının mülkiyyətində olan əmlakların üzərinə qoyulmuş həbs götürülüb. Həmin mülklərin Eldar Həsənova məxsus olması məhkəmədə təsdiqini tapmadığı üçün müsadirə olunan əmlaklar siyahısından çıxarılıb.

Bundan başqa, qərara görə, keçmiş səfir iş üzrə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyinə dəymiş ziyana görə 18,5 milyon AZN ödəyəcək. Həmin məbləğin ödənilməsi üçün Həsənovun müsadirə edilən əmlaklarından istifadə olunacaq.

Cinayət işi üzrə aparılmış ekspertiza xərcləri də təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödəniləcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldar Həsənov 10 il müddətə azadlıqdan məhrum edilib. İttihama görə, o, Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfir olarkən 2010-2020-ci illərdə 18 milyon manata yaxın pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar israf edib və mənimsəyib. Həsənov, həmçinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11,8 milyon manat pulu leqallaşdırmaqda, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327 min AZN zərər vurmaqda və dövlət büdcəsinin 192 min AZN pulundan təyinatı üzrə istifadə etməməkdə ittiham edilir.

Xatırladaq ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub.

Son xəbərlər

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

Agentlik məktəbli forması ilə bağlı valideynlərə müraciət edib

"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Kəlbəcərə dolu düşüb

Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Bütün xəbərlər