{category-title}



Ona etibar edilən bütün postlarda Həmid Həsənov özünü doğruldub - ÖZƏL

Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.

Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Həftə ərzində 7 gün , gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Bu prinsiplər, polis-vətəndaş münasibətləri üzərində köklənir. Bütün dünyada polis çətin şəraitdə işləyir. Uzaqdan hər şey çox gözəl və rahat görünə bilər. Eyni zamanda, hər bir insanın “tərcümeyi-hal”ında kifayət qədər çətin anlar olur. Bu, təbiidir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, deyəsən, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir.

Cəmiyyətdə dəyişiklik etmək, uzun illər formalaşmış stereotiplərə qarşı mübarizə aparmaq üçün təbliğ edəcəyin ideyanın dönüş yaradacağına inanmalı, bu yolda inadkarlıq nümayiş etdirməlisən. Güc isə hər zaman birlikdədir. Elə polis də bu yolu seçib, arxasında dayanan Gücə-Xalqa arxalanaraq, təbliğ etdiyi fikrin faydalı olacağına şübhə etmir. Bir sözlə, polis ona görə yeniliklərə qucaq açır, ona görə yaxşını tətbiq edir ki, qazananın Xalq olacağına inanır.

Xaçmaz RPŞ-nin rəisi Həmid Həsənov belə insanlardandır.


Polisə kim etibar edir? - Vicdanı təmiz olanlar, qanunlar əsasında yaşayanlar. Polisə niyə hörmət edirlər? Çünki, qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edir. Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər? Amma polis bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, polis işində istirahət anlayışı yoxdur. Biz demirik ki, polisin qüsuru yoxdur, iş olan yerdə nöqsan da olur. Amma müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkdiyi kimi, polis də ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”. Məhz ümummilli liderin məqsədyönlü siyasəti, hüquq-mühafizə orqanlarına diqqət və qayğısı nəticəsində, polis müstəqil Azərbaycanın dövlətçlik tarixində sabitliyin, ictimai rifah və ictimai təhlükəsizliyin qarantına çevrildi.

Həmid Həsənov hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir . Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Həmid Həsənovun həyat səlnaməsinə nəzər salanda görürük ki o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur .
Həmid Həsənov rəisi olduğu Xaçmaz Rayon Polis Şöbəsində daim ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdur. Şərəfli peşə olan polislikdə yüksək səviyyədə xidmət göstərilməsi və uğurlar qazanılmasında Həmid müəllimin böyük zəhməti vardır.
Həmid Həsənov xidmət göstərdiyi Xaçmaz rayonunda hər zaman sakinlərin qeydinə qalan, onların hər bir problemində yanında olan, öz işinin uğurları və humanistliyi ilə hər bir kəsin sevgisini qazanmışdır.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Xaçmaz Rayon Polis İdarəsinin rəisi Həmid Həsənova yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Xaçmazda kiminsə haqqına toxunmaq nəyinki mümkün ola bilər kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan Xaçmaz da yeni inkişaf dövrünü yaşayır. Rayon sakinləri problemlərinin həllində həmişə Xaçmaz Rayon Polis İdarəsinin dəstəyini görürlər.

Xaçmaz Rayon Polis İdarəsinin rəisi Həmid Həsənov qeyd etdiyimiz kimi polislik peşəsini tam məsuliyyətlə, vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazovun etimadını yüksək səviyyədə doğrulda bilən bir insandır.

Polisə böhtan atanlar, onun gərgin zəhmətini qiymətləndirməyi bacarmayanlar və ya bilərəkdən onu ləkələməyə çalışanlar ölkəmizin inkişafını, əmin-amanlığı gözü götürməyənlərin təsiri altında olanlardır: “Polis haqqında” Qanunda da vurğulanır ki, polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik prinsipləri əsasında fəaliyyət göstərir. Fəaliyyətinin əsas istiqamətlərinə isə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi daxildir. Belə şərəfli peşə sahiblərinə böhtan atmaq, onları cəmiyyətin gözündən salmaq nankorluqdur”.

Həmid Həsənov böyük müəllimi və idealı olan Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazov kimi Ulu Öndər Heydər Əliyevə dəyər verməkdən zövq alır!

Həmid Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Həmid Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Azərbaycan Respublikasının daxili işlər naziri Cənab Vilayət Eyvazovdan nümunə götürən Həmid Həsənovun böyüklüyü onun sadəliyində, Prezident İlham Əliyev siyasətinə və insanlara insani münasibətindədi!

Həmid Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Həmid Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xaçmaz Rayon Polis Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Son xəbərlər

Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır

Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM

Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir - Liderlərdən ÇAĞIRIŞ

Naxçıvanda Komando kursunun növbəti buraxılışı olub - VİDEO

KİV: HƏMAS Qəzza zolağının idarə edilməsindən imtina etməyə razıdır

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

Bütün xəbərlər