{category-title}

 

 

Şər və Böhtan yazanlara tutarlı cavab - “Körpü-Bina-Tikinti” MMC - nin rəhbəri Xəlil Göyüşov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

 

Bəzi media qurumlarında adı çəkilən vəzifə sahibi haqda xoşagəlməz məqalələr dərc olunur. Elə ki, bu yöndə bir qədər araşdırmalar aparırıq, o halda dərc olunan məqalələrin sifarişlər əsasında işıq üzü gördüyü bəlli olur. Bu da onu söyləməyə əsas verir ki, Xəlil Göyüşov ilə bağlı məqalə dərc edən KİV nümayəndələri hansısa qruplaşmanın "muzdlu nökər”inə çevrildiklərindən, məhz belə bir addımlarını atırlar. Ona görə də, "muzdlu nökər”ə çevrilən həmin şəxslərə məsləhət görürük ki, gözlərinizi silin və ətrafa açıq gözlə baxın ki, ağı qaradan seçməyi bacara biləsiniz. Yoxsa,

Onu da unutmaq olmaz ki, Xəlil Göyüşov un həyat yolu parlaq olan simalardan biridir və ona qarşı yönəlik addımlar, hər kəs tərəfindən ikrah hissi ilə qarşılanır. Xəlil Göyüşov bəzi vəzifə sahiblərindən fərqli olaraq oliqarx məmur deyil, sadə həyat tərzi keçirən bir şəxsdir. Əldə etdiyimiz məlumatlara görə, o, bir çoxları kimi hansısa vəzifəyə sahib olmaq uğurunda mübarizə aparmayıb, məhz ona daşıdığı vəzifəsi həvalə olunub. Bu da adı çəkilən vəzifə sahibinə rəhbərliyin bəslədiyi münasibətdən irəli gələn addımdır. Odur ki, bu şəxs haqda şər-böhtan yazmaq, barəsində əsassız açıqlamalar dərc etdirmək, əslində şərəfsizlikdir. Həmçinin belə bir şəxsin məmur nüfuzuna xələl gətirməyə çalışmaq, heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s. onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edən saytlar bəzi vəzifə sahiblərinin sifarişlərini yerinə yetirirlər, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.


Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər “Körpü-Bina-Tikinti” MMC - nin rəhbəri Xəlil Göyüşovda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. “Körpü-Bina-Tikinti” MMC - nin rəhbəri Xəlil Göyüşovu fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .

Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında Xəlil Göyüşov haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan sərsəm açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Xəlil Göyüşov haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız "ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan "məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Düşündürücü hal odur ki, Xəlil Göyüşov barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur. Adicə o halın varlığına diqqət yetirək ki, Xəlil Göyüşovun daşıdığı vəzifə, heç də sıradan bir vəzifə deyil. Açıq şəkildə qeyd edək ki, gördüyü işlərlə, rəhbərliyin etimad və etibarını qazanan, həyata keçirdiyi idarəçiliyi bəlkə də çoxlarına örnlərlək olan bu şəxslə bağlı tənqidi açıqlamalar dərc etməzdən öncə, azacıq da olsa fikirləşmək, bir qədər götür-qoy etmək gərəkdir ki, ağa qara yox, elə ağa ağ, qaraya da qara demək mümkün olsun.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Xəlil Göyüşov “Körpü-Bina-Tikinti” MMC - nin fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

 

 Sonda onuda qeyd etmək istəyirəmki son günlərdə Xəlil Göyüşov haqqında mətubatda  həqiqətə uyğun olmayan yazılar dərc olunub

Son xəbərlər

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Xüsusi qabiliyyət imtahanlarına start verilir

Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

Milli Məclisin iclası başlayıb

Ağdaşda avtomobili ildırım vurub, yanğın olub

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Azərbaycan XİN Rusiyanı təbrik etdi

DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq

Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”

AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

Bu il 116 550 şagird məzun olur

İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ

Göygöldə 2 nəfər göldə boğularaq ölüb

Bakıda obyektdə yanğın başlayıb

Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb

Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib

Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var

ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb

DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib

Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib

Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir

Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb

Bütün xəbərlər