{category-title}

Samirə “Eurovision”a bu şərtlərlə gedəcək

 

Avropa Yayım Birliyi (EBU) “Eurovision - 2021” üçün hazırlanan dörd əsas ssenari arasında “B” planını seçməyə məcbur olub.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb dünyada koronavirusun hələ də gündəmdə qalmasıdır. Yarışmanın ənənəvi qaydada keçirilməsi mümkün olmadığı üçün təşkilatçılar bütün səylərini “B” planına yönəldiblər. Bununla da, “Eurovision”un necə təşkil ediləcəyi ilə bağlı yekun qərar verilib.

Bu barədə yarışmanın icraçı məsləhətçisi Martin Österdahl məlumat yayıb.

“Müsabiqənin ruhu və ənənəsi Avropanı bir səhnədə birləşdirməkdir və biz buna Rotterdamda nail olmaq qərarındayıq. Bütün sənətçilərin Rotterdamda canlı ifa etdiyi təhlükəsiz bir yarışma keçirmək istəyirik”, - deyə o bildirib.

Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar “Eurovision”dan 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar. Onlardan uçuşdan 72 saat əvvəl neqativ koronavirus test nəticəsini (“PCR” test- red.) təqdim etmələri tələb edilir.

İfaçılar lazım olmadığı təqdirdə qaldıqları oteldən kənara çıxa bilməyəcəklər. Yarışmanın bütün heyətindən mütəmadi olaraq test götürüləcək.

Media mərkəzinə 500 nəfər dəvət ediləcək, rəqəmsal mühitə 1000 işçi cəlb  olunacaq.

Yarışmanın keçirildiyi “Ahoy Arena”nın tutumu kiçildiləcək, 1,5 metr məsafəyə riayət olunacaq. Buna baxmayaraq, yarışmada tamaşaçıların iştirak edib-etməyəcəyi barədə aprel ayının ortalarında məlumat veriləcək.

Qeyd edək ki, S. Əfəndinin “Eurovision” mahnısı martın ikinci həftəsində elan olunacaq.

Son xəbərlər

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Bütün xəbərlər