Xalqın sevvgisini qazanan ləyaqətli Vətən övladı: İqor Sokolenko

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərində onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar.
Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilənlər olur. Haqqında bəhs etdiyimiz, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də İqor Sokolenkodur.
Yaxşı hal o olar ki, hər bir Adəm övladı yaşadığı ömür yollarında elə bir iz qoysun ki, həmin şəxsin barəsində söhbət düşərkən adı həmişə fəxrlə çəkilsin, hər kəs öz yanaşması ilə həmin şəxsə qarşı bəlli münasibətini ortaya qoymağı bacarsın. Qeyd edək ki, İqor Sokolenko xeyirxah əməllərinin, atdığı addımlarının, verdiyi dəyərli məsləhətlərinin, insanlara qarşı səmimi münasibətinin əhəmiyyətini bu gün də hər kəs görür, lazımınca da dəyərləndirir. Əslinə baxsanız, bu şəxsə qarşı yüksək insani münasibətin formalaşmasına əsas səbəb ona göstərilən böyük hörmət və ehtiramın nəticəsidir.
Ümumiyyətlə, İqor Sokolenkonun xarakterik xüsusiyyəti, yüksək insani keyfiyyətinin varlığı onu göstərir ki, hal-hazırda bu şəxsə qarşı hər kəsin xüsusi rəğbəti var. Düzdür, hər bölgədə, ayrı–ayrı şəhər və rayonlarda, kənd və qəsəbələrdə əksəriyyətin tanıdığı ağsaqqallar, imkanlı şəxslər, müəyyən qədər nüfuz sahibi olan insanlar var. Amma etiraf etmək lazımdır ki, həmin şəxslər əksəriyyət tərəfindən tanınsalar da, heç də onların hər biri hər kəsin rəğbət hissini qazana bilmirlər. Çünki həmin şəxslərdən bəziləri sahib olduqları və milyonlarla dəyərləndirilən var–dövlətlərini çox zaman şəxsi məqsədlərinin həllinə yönəldirlər. Belə insanlardan tamamilə fərqlənən İqor Sokolenko isə bu gün nəinki təmsil etdiyi bölgənin, hətta digər bölgə sakinləri tərəfindən də rəğbət hissi ilə qarşılanan Vətən oğludur. Əslində bu şəxs əksər imkansızlar, köməyə ehtiyacı olanlar, könülləri intizarda qalıb yol gözləyənlər üçün sanki bir dayaqdır, “sönməz məşəldir”.
Göründüyü kimi, onun fəaliyyəti təkcə fərdi yardım və xeyriyyəçiliklə də sınırlanmır, cəmiyyətdə sosial məsuliyyət və milli həmrəylik duyğularının möhkəmlənməsinə xidmət edir. İqor Sokolenkonun hər bir müraciətə həssaslıqla yanaşması, insanların çətin anında yanında olması onun mənəvi bütövlüyünün və böyük ürək sahibi olmasının bariz göstəricisidir.
Unutmaq olmaz ki, İqor Sokolenkonun fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinərinin tam əksəriyyəti İqor Sokolenkonun qürurlu adı ilə öyünür, onunla iftixar hissi keçirirlər. Çünki bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdığı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizdir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan İqor Sokolenkonun adı el-oba arasında dillər əzbəridir.
Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz İqor Sokolenkonun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da hər kəsə bəlli olan həqiqətlərdir. İqor Sokolenko bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə və sosial təşəbbüslərə lazımınca dəstəyini ifadə edir.
Vətən müharibəsinin davam etdiyi vaxtlarda və ondan sonrakı dövrdə də şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən yüksək qiymətləndirilir.
Xüsusilə vurğulamaq lazımdır ki, belə şəxsiyyətlərin həyat yolu və fəaliyyəti gənc nəsil üçün də əsl məktəb, mənəvi örnəkdir. Vətəni sevməyin, ona təmənnasız xidmət etməyin canlı göstəricisi olan İqor Sokolenko öz əməlləri ilə sübut edir ki, əsl vətəndaşlıq mövqeyi sözdə deyil, real və faydalı işdə görünməlidir.
İqor Sokolenkonun indiyə kimi əldə etdiyi uğurlar təkcə onun deyil, bütövlükdə cəmiyyətimizin, dövlətimizin uğurları hesab olunur. Faktdır ki, bu günün özü də bir tarixdir. Ona görə də hər bir vəzifə sahibi, iş adamı, yaxud da digər peşə sahibi olan hər kəs öz xalqı, dövləti üçün vicdanla, ləyaqətlə çalışarsa, özündə cəmləşdirdiyi potensialını bu yöndə səfərbər edərsə, deməli, o halda həmin şəxsin adı bugünkü tariximizə qızıl həriflərlə yazılacaq. Hətta illər keçsə də, həmin şəxs layiq olduğu qiymətini alacaq və doğma xalqının əbədi sevgi hissini qazanmağı bacaracaq. İqor Sokolenko atdığı hər bir ləyaqətli addımı ilə məhz belə unudulmaz şəxsiyyətlərdən birinə çevrilmişdir.
