Elton Məmmədov: Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir

 

Elton MəmmədovBu il Azərbaycan Xalq Cümhuriyyətinin 108  illiyi tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına əlamətdar hadisə kimi daxil olaraq şərqdə ilk demokratik dövlət qurluşunu yaradıb, azərbaycan xalqı öz müstəqillik əzmini nümayiş etdirmişdir. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi olaraq meydana çıxmışdır.

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin. Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Nasib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxslinkinin və başqalarının böyük xidmətləri olmuş, bu görkəmli şəxslərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. O dövrdə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, Avropanın demokratik dəyərləri ilə şərq madaniyyetinin xüsusiyyətlərini birlaşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasında mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının və s. işlərin görülməsi Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin mahiyyət və mənasını  əyani şəkildə səciyyələndirir.
Dünya ölkələrinin başçılarının 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlamaları respublikamızın və onun Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Əminliklə demək olar ki, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha da güclənəcək, dünyada nüfuzunu daha da artıracaq.

Son xəbərlər

Azərbaycanda növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq

UEFA Çempionlar Liqasında iştirak edəcək bütün komandalar məlum olub

Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb

Ukrayna ordusuna aid dronun Donetskdə avtobusa düşməsi nəticəsində yeddi nəfər ölüb

Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər

Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər

Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər

Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb

TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub

Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib

Rusiyanın Kiyev və Dneprə endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb, 70-dən çox yaralı var

SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"

Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq

Şamil Ayrım: Gələcəyin enerji vizyonu Azərbaycanda formalaşır

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Bütün xəbərlər