Kərim Tahirov

Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi,

Professor, kitabxanaşünas alim

 

108 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Ancaq Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Respublika süquta uğradı.

1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Müstəqilliyin ilk illərində ölkəmiz böyük təhlükələrlə üzləşsə də, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xilas olaraq, sabit inkişaf yoluna qədəm qoydu. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

 “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” deyən Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir.

Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Son xəbərlər

Azərbaycanda növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq

UEFA Çempionlar Liqasında iştirak edəcək bütün komandalar məlum olub

Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb

Ukrayna ordusuna aid dronun Donetskdə avtobusa düşməsi nəticəsində yeddi nəfər ölüb

Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər

Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər

Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər

Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb

TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub

Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib

Rusiyanın Kiyev və Dneprə endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb, 70-dən çox yaralı var

SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"

Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq

Şamil Ayrım: Gələcəyin enerji vizyonu Azərbaycanda formalaşır

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Bütün xəbərlər