Mirdamət Seyidov108 il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. istiqamətdə işlər həyata keçirmişdir.
Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovet İttifaqı, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Lakin istiqlal ideyası yenilmədi və 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Son xəbərlər

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək

“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu

TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb

Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir

Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə

18 kəndə qazın verilişi DAYANDIRILACAQ

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür

"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

İslam Rzayev haqda - Yeni qərar

Naxçıvana uçuşlar bərpa edildi

Vəzifəli şəxs vəfat etdi - Foto

Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub

Böyük Britaniya Kralı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Bütün xəbərlər