Mirdamət Seyidov - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. 
XX əsrin son onilliyində ölkəmizdə cərəyan edən ictimai-siyasi proseslərin birbaşa məntiqi nəticəsi və başlıca siyasi hadisələri sırasında Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının yaranması özünəməxsus yer tutur. Onun yaranması hər şeydən əvvəl zamanın çağırışlarına və ölkəni real təhlükələrdən xilas etməyə qadir olan lider axtarışlarına cavab reaksiyası kimi qiymətləndirilməlidir. Həmin dövrdə Azərbaycan xalqı və Azərbaycan ziyalıları ölkənin düşdüyü çətin vəziyyətdən çəxartmaqın, daxili qarşıdurmanın, vətəndaş müharibəsinin qarşısının alınmasının yeganə yolunun Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişində gördülər. Həmin dövrdə  gələcəyin ən güclü siyasi partiyasının - YAP-in meydana çıxması, əslində, bir sosial sifariş, tarixi zərurət idi. Yeni Azərbaycan Partiyası həqiqi mənada əvvəldən nəzərdə tutulduğu kimi, tədricən ümumxalq partiyasına çevirmək mərhələsinə başladı, tamamilə yeni siyasi mədəniyyət daşıyıcısı kimi hamının diqqətini özünə cəlb etdi. Partiya bütün respublikada ictimai əsaslarla, yəni hec bir maliyyə imkanı olmadan fəaliyyət göstərirdi. Öz tarixi köklərinə söykənən müstəqil Azərbaycan   cəmiyyətində  siyasi sistem  institutu bir təsisat olaraq 1993-cü ildən yeni, həm də çətin bir mərhələyə qədəm qoymağa başladı. Həmin il hakimiyyətə gələn Ulu Öndər mədəniyyətimizi, siyasi dəyərləri dağılmaq təhlükəsindən xilas etmiş oldu. Ümummilli liderin qətiyyətli   addımları nəticəsində Azərbaycanın maddi sərvətləri, mənəvi dəyərlərı özünə  qaytarıldı. Hələ o vaxt dahi rəhbər dilimizi, mənəviyyatımızı, milli-mənəvi dəyərlərimizi Azərbaycanın gələcəyi üçün qoruyub saxlamağın vacibliyini mühüm şərt kimi qarşıya qoyurdu. Dövlət siyasətinin səmərəlliyi bütün dövrlərdə Ulu Öndərimiz Heydər Əliyevin böyük diqqəti və qayğısı əhatəsində olmuşdur. 
 Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışı bu dəfə suveren, müstəqil Azərbaycanın təməlini qoydu. Ulu Öndər ilk diqqəti məhz cəmiyyətin daxili resurslarına səfərbərliklə başladı. Cəmiyyətə yönələn müasir mütərəqqi ideyalar Ulu Öndər şəxsiyyətinin böyüklüyündən xəbər verirdi. Müstəqil dövlət qurmaq üçün vacib olan milli iradədən tutmuş iqtisadi imkanlar və beynəlxalq dəstək də daxil olmaqla, bütün şərtlər məhz Ümummilli liderin ideyaları ilə reallaşdı. Nəticədə öl¬kənin sərvətləri, iqtisadı, siyasi və mədəni potensialı, əlverişli geosiyasi vəziyyəti, zəngin neft-qaz yataqları və digər resursları həm müstəqil dövlət quruculuğunu, həm də Azərbaycanın regionda və dünyada özünə layiq yerini tutmasını şərtləndirirdi.  Müstəqil dövlət qurmaq üçün vacib olan milli iradədən tutmuş iqtisadi imkanlar və beynəlxalq dəstək də daxil olmaqla, bütün şərtlər, demək olar ki, mövcud idi. Ölkənin sərvətləri, iqtisadı, siyasi və mədəm potensialı, əlverişli geosiyasi vəziyyəti, zəngin neft-qaz yataqları və digər resursları həm müstəqil dövlət quruculuğunu, həm də Azərbaycanın regionda və dünyada özünə layiq yerini tutmasını şərtləndirirdi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi sayəsində Azərbaycan öz müstəqilliyini əbədi və dönməz etdi. Bu uğurlu siyasətin nəticəsidirki, bu gün Azərbaycan qalib və güclü dövlət kimi dünya dövlətləri arasında oz layiqli yerini tutur.

Son xəbərlər

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək

“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu

TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb

Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir

Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə

18 kəndə qazın verilişi DAYANDIRILACAQ

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür

"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

İslam Rzayev haqda - Yeni qərar

Naxçıvana uçuşlar bərpa edildi

Vəzifəli şəxs vəfat etdi - Foto

Hondurasda iki silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub

Bütün xəbərlər