Əvəz Qocayev: Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən  Novruz bayramı

 

Əvəz Qocayev

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini

 

 

Qədim tarixi olan, hələ islamdan əvvəlki dövrə təsadüf edən Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə geniş qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında belə deyib: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir".

Artıq altıncı ildir ki, Azərbaycan xalqı bu qədim bayramı  böyük ruh yüksəkliyi ilə qeyd edir. 2020-ci ildə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da Ulu Öndər Heydər Əliyevin hələ uzaq 1998-ci ildə söylədiyi tarixi fikirlər reallaşmış oldu: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.

Bu gün Ulu Öndərin ruhu şaddır. Onun arzuları həyata keçdi. 2023-cü ildəki lokal antiterror tədbirlərindən sonra isə işğal altındakı qalan torpaqlar da azad edildi. Artıq Novruz ölkəmizin bütün ərazisində, o cümlədən azad edilən Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə də qeyd edilir.

Novruz bayramının əhəmiyyəti nəzərə alınaraq 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr  - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib.

Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz fəlsəfəsi təbiətin dörd ünsürü ilə - Su, Od, Yel, Torpaq ilə bağlıdır. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruz ənənələri incəsənətimizə də sirayət etmişdir. Belə ki, xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin, pəhləvanların, kəndirbazların iştirakı ilə şənliklər keçirilən kütləvi bayramdır. Həqiqətən də Azərbaycana bu bayram çox yaraşır.

 

 

Son xəbərlər

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

Bu xəstəxanaya baş həkim təyin edildi

Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

Sumqayıtda mebel sexi yanıb

Paşinyan Baş nazir postuna hakim partiyanın namizədi olub

Dünya bazarlarında neftin qiyməti yenidən 115 dolları ötüb

KİV: Tramp İrandan uranın çıxarılması üzrə əməliyyatı nəzərdən keçirir

BƏƏ-də yaralananların sayı 178 çatıb

"Fars" agentliyi: SEPAH Dubayda 21 ukraynalının olduğu antidron sistemlərinin anbarını məhv edib

Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: Qlobal böhranlar fonunda Zəngəzur dəhlizinin tez açılması vacibdir

DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib

Şamaxıda güclü leysan avtomobillərin hərəkətinə çətinliklər yaradıb

Omanın Salala limanı PUA hücumuna məruz qalıb, bir nəfər yaralanıb

İlham Əliyev yenidənqurmadan sonra açılışı olan Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib

Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək

Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Beynəlxalq səyyahlar Şuşaya gəliblər

Azərbaycana soyuqlar gəlib

Bakının ən rahat iş tapılan rayonları - SİYAHI

Ağdamda 41 yaşlı kişi minaya düşüb

Bütün xəbərlər