Tofiq Hüseynov: Dünya azərbaycanlılarını birləşdirən Ulu Öndər Heydər Əliyev

 

Tofiq Hüseynov31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 30 ildən çoxdur ki, müstəqil Azərbaycan xalqı bu tarixi əlamətdar bayramlardan biri kimi qeyd edir.

Ümumilli Lider Heydər Əliyev xalqımızın milli həmrəyliyinin əldə olunmasına hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrdən xüsusi diqqət və həssaslıqla yanaşırdı. Təsadüfi deyil ki,  1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul edərək dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdi.

Bu qərar müstəqilliyini yeni elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə idi. Birlik və həmrəylik istiqamətində atılmış bu ilk addım sonrakı dövrlərdə xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynadı. 1993-cü ildə xalqın istəyi ilə Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək aldı.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının təşkilatlanmasında, onlar arasında həmrəyliyin güclənməsində Dünya Azərbaycanlılarının I Qurultayının önəmi böyük olub. Məhz bu qurultaydan sonra Azərbaycan dövlətinin diaspor işi mərkəzləşdirildi, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ildən Diasporla iş Üzrə Dövlət Komitəsi) təsis edildi, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini tənzimləyən qanun qəbul olundu. Ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi fikirlər bu gün də hər bir azərbaycanlının milli qürur hissinin ifadə formasına çevrilib: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.”

Ulu Öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Ötən 20 ildə İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın yüksəlişinin ortaya qoyduğu ən böyük reallıqlardan biri xalqımızın milli həmrəyliyinin daha da güclənməsidir. Bu illər ərzində İlham Əliyevin Azərbaycan cəmiyyətindəki etimadının daha da yüksəlməsi, dövlət başçısının yürütdüyü siyasətin xalqımız tərəfindən yekdilliklə və coşqu ilə dəstəklənməsi həm də milli həmrəyliyimizin ifadəsidir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişaf strategiyası böyük iqtisadi layihələrə, beynəlxalq və regional platformalara hədəfləndi. İqtisadi müstəqillik, güclü müasir ordu, milli həmrəylik və beynəlxalq səviyyədəki uğurlarımız Vətən müharibəsində Qələbəmizi şərtləndirdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etdi. Xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Məhz milli birliyimiz, 50 milyon azərbaycanlının üçrəngli ay–ulduzlu bayrağa sarılaraq bir amal ətrafında bütövləşməsi döyüş ruhumuzu, qələbə əzmimizi yüksəltdi, tariximizin şanlı zəfər səhifəsi yazıldı. Vətən müharibəsində Azərbaycan Ordusunun hər qələbə sevinci dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi yaratdı. 

Ulu Öndərin milli həmrəylik sahəsində siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin ilin martın 16-da Bakıda keçirilən növbəti Qurultay xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox böyük rol oynamışdır. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə cənab Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəsdək Fondu yaradıldı. 

Dünya azərbaycanlılarının həmrəyliyi 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə dedi və tarixi Qələbəmizi daha inamlı etdi. Bu hadəsədən üç il sonra isə sentyabrın 27-də bir günlük  antiterror aksiyası zamanı isə digər torpaqlar da işğaldan azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Əzəli düşmən üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad oldu. Artıq Qarabağımız tam azaddır, 30 ildən artıq davam edən işğala son qoyulub.

Müqəddəs Vətən müharibəsi və sonrakı dövrdə xaricdə yaşayan azərbaycanlıların düşmənin və anti-Azərbaycan qüvvələrin müxtəlif formada təzahür edən məkirli təxribatlarına qarşı cəsarətli etirazları və çıxışları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

 

Son xəbərlər

Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM

Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif edib

Suriya ordusu Hələbdə PKK/YPG-nin mövqelərini bombalamağa başlayıb

Partlayışda ölən SOCAR-ın işçisi imiş - Rəsmi

Şəkidə məktəb binası YANDI

İran etirazları yatırmaq üçün İraqdan milis dəstələri GƏTİRİB

Cəbrayılda mina partladı - Xəsarət alan var

Nəzrin ölümünə görə həbs olunan həkim azadlığa çıxdı

Xidmət rəisi Neftçalada vətəndaş qəbulu keçirəcək

Sumqayıtda irigövdəli ağac qaz xəttinin üzərinə aşıb, 650 abonent qazsız qalıb

Bakı Teleqüllə Kompleksində müayinə və layihələndirmə işləri görüləcək

Təbriz, Ərdəbil və Zəncana əlavə təhlükəsizlik qüvvələri yeridilib

FHN dumanlı havaya görə kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib

Azərbaycan nefti cüzi ucuzlaşıb

Gəncənin pravoslav icması Milad bayramını qeyd edir

Memar Əcəmi stansiyasının 4-cü çıxışı müvəqqəti bağlanacaq

Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə İTTİHAM OLUNUR

“TikTok”da yarış təşkil edən Azər Zahid və köməkçisi barədə cinayət işinə xitam verilib

Azərbaycanda 149 uşaq övladlığa verilib

Maaş və pensiyalarda bu qədər artım olacaq - Deputat AÇIQLADI

Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapıldı

Aqrar fəaliyyətlə məşğul olan obyektlərin tikintisinə icazə təsdiqləndi

Leyla Əliyeva Maskatda Oman Sultanlığının Vəliəhdi ilə görüşüb

“Liverpul” - “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

Bütün xəbərlər