Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovdu .
Bəli, yaxşı hal o olar ki, hər bir Adəm övladı yaşadığı ömür yollarında elə bir iz qoysun ki, həmin şəxsin barəsində söhbət düşərkən adı həmişə fəxrlə çəkilsin, hər kəs öz yanaşması ilə həmin şəxsə qarşı bəlli münasibətini ortaya qoymağı bacarsın. Qeyd edək ki, Cəbrayıl Xanlarovun xeyirxah əməllərinin, atdığı addımlarının, verdiyi dəyərli məsləhətlərinin, insanlara qarşı səmimi münasibətinin və s. əhəmiyyətini bu gün də hər kəs görür, lazımınca da dəyərləndirir. Əslinə baxsan, bu şəxsə qarşı yüksək insani münasibətin formalaşmasına əsas səbəb, ona göstərilən böyük hörmət və ehtiramın nəticəsidir.
Ümumiyyətlə, Cəbrayıl Xanlarovun xarakterik xüsusiyyəti, yüksək insani keyfiyyətinin varlığı onu göstərir ki, hal-hazırda bu şəxsə qarşı hər kəsin xüsusi rəğbəti var. Düzdür, hər bölgədə, ayrı–ayrı şəhər və rayonlarda, kənd və qəsəbələrdə əksəriyyətin tanıdığı ağsaqqallar, imkanlı şəxslər, müəyyən qədər nüfuz sahibi olan insanlar var. Amma, etiraf etmək lazımdır ki, həmin şəxslər əksəriyyət tərəfindən tanınsalar da, heç də onların hər biri hər kəsin rəğbət hissini qazana bilmirlər. Çünki, həmin şəxslərdən bəziləri sahib olduqları və milyonlarla dəyərləndirilən var– dövlətlərini çox zaman şəxsi məqsədlərinin həllinə yönəldirlər. Belə insanlardan tamamilə fərqlənən Cəbrayıl Xanlarov isə, bu gün nəinki təmsil etdiyi bölgənin, hətta digər bölgə sakinləri tərəfindən də rəğbət hissi ilə qarşılanan Vətən oğludur. Əslində bu şəxs əksər imkansızlar, köməyə ehtiyacı olanlar, könülləri intzarda qalıb yol gözləyənlər üçün sanki bir dayaqdır, “sönməz məşəldir”. Unutmaq olmaz ki, Cəbrayıl Xanlarovun fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib. Hal-hazırda bölgə sakinlərinin tam əksəriyyət Cəbrayıl Xanlarovvun qürurlu adı ilə öyünür, onunla iftixar hissi də keçirirlər. Çünki, bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bəli, bu gün də o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi ləyaqətli vətən övladıdır. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Cəbrayıl Xanlarovun adı el-oba arasında dillər əzbəridir. Gənc yaşlarından halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin ən ülvi amallar uğrunda yorulmadan çalışması, məhz Cəbrayıl Xanlarovun kamil bir şəxs olmasından xəbər verir. Bundan əlavə, bu şəxsin heç bir təmənna, hansısa maraq və məqsəd güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması da, məhz hər kəsə bəlli olan həqiqətlərdir. Bundan əlavə, hal-hazırda Cəbrayıl Xanlarov bu gün də ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə lazımınca dəstəyini ifadə edir. Unutmaq olmaz ki, bu şəxs Vətən müharibəsinin davam etdiyi vaxtlarda şəhid ailələrinə baş çəkmiş, şəhidlərin hüzr mərasimlərində iştirak etmiş, imkan daxilində onların ailələrinə, yaralı əsgər və zabitlərimizə, imkansız ailələrə, xəstələrə, yaşlı nəslin nümayəndələrinə və s. müəyyən köməkliyini göstərmişdir. Bu gün də onun şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, aztəminatlı ailələrə və digər imtiyaz sahibi olanlara göstərdiyi diqqət və qayğı hər kəs tərəfindən qiymətləndirilir. Belə bir səbəbdəndir ki, Cəbrayıl Xanlarovun bu yöndə atdığı hər addım, ortaya qoyduğu yanaşma və s. geniş ictimaiyyət tərəfindən hər zaman qiymətləndirilir.
Unutmaq olmaz ki, Cəbrayıl Xanlarovun indiyə kimi əldə etdiyi uğurlar təkcə onun deyil, bütövlükdə xalqımızın, dövlətimizin uğurları hesab olunur. Faktdır ki, bu günün özü də bir tarixdir. Ona görə də hər bir vəzifə sahibi, iş adamı, yaxud da digər peşə sahibi olan hər kəs öz xalqı, dövləti üçün vicdanla, ləyaqətlə çalışarsa, özündə cəmləşdirdiyi potensialını bu yöndə səfərbər edərsə, deməli o halda həmin şəxsin adı bugünkü tariximizə yazılacaq. Hətta, illər keçsə də, həmin şəxs lazım olduğu qiymətini alacaq və doğma xalqının sevgi hissini qazanmağı da bacaracaq. Faktdır ki, Cəbrayıl Xanlarov da atdığı addımlarına görə belə şəxslərdən biri hesab olunur. Ümumiyyətlə, bu şəxsin ləyaqətli vətəndaş mövqeyi bu gün olduğu kimi, gələcəkdə də xalqı tərəfindən lazımınca dəyərləndiriləcək. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir.

Son xəbərlər

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

600 bal toplayanların ən çoxu I qrupdadır

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

Neftçalada DOST filialının açılışı olub

Nazim Sadıxov: "Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm"

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Türkiyəyə köçən xarici vətəndaşlar - Azərbaycanlılar da siyahıdadır

Qalibaf: Əsas məqsədimiz bölgənin təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsidir

Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

Bütün xəbərlər