Elton Məmmədov - 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi.  1918-ci il 26 iyun tarixli Fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı və Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Bununla da  milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər.

1992-ci il oktyabrın 9-da  silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. Ümummilli Lider  Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə hərbi parad keçirildi.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növlərimiz oz döyüş qabiliyyətlərini və güclərini 44 günlük Vətən Müharibəsindədəkcə düşmənə yox bütün dünyaya göstərdi. Yüksək döyüş hazırlığı, müasir silah-sursat və döyüş texnikasına malik olan ordumuz 30 illik işğala son qoyaraq əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından azad etdi.

   Güclü ordu güclü dövlətin rəmzidir. Azərbaycan dövləti bütün dünyaya sübut etdi ki, onun güclü  və peşəkar ordusu var. Onunla güc dilində danışmaq olmaz. Bu gün müstəqilliyimizin qarantı kimi çıxış edən, dövlətimizi, dövlətçiliyimizi, xalqımızı istənilən təhdid və işğaldan qoruya bilən ordumuz təkcə ölkəmizin deyil eyni zamanda regionda sülhün qorunmasında mühüm əhəmiyyətə malikdir.

Son xəbərlər

Əraqçinin müavini Trampın Hörmüz boğazı ilə bağlı ərazi iddiasına cavab verib: İllüziyaları tezliklə düzəldəcəyik

Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu

Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

Bakıda istifadəsiz tikilidə yanğın baş verib

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub, 5000-dən çox insan işıqsız qalıb

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Ədalət Mədətoğlu vəfat etdi – FOTO

BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür

Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub

"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir

Samuxda bir nəfər kanalda batıb

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Nikah və boşanmaların sayı azalıb

Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Bütün xəbərlər