Məhəmməd Balaqadaşov: Xocalı şəhidlərinin qanı yerdə qalmadı

 

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri 

 

Ötən əsrin ən böyük faciələrindən biri kimi tarixdə iz salan Xocalı soyqırımı erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir. Hər il fevralın 26-sı xalqımızın qan yaddaşında ən müdhiş tarixi gün kimi xatırlanır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayı Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırım etdi. Bu bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırım idi. Qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə ata, ya anasını itirdi. Faciədə 76-sı uşaq olmaqla 487 nəfər yaralandı, 1275 nəfər isə əsir götürüldü. Möhtərəm prezidentimizin ifadəsi ilə desək, ermənilər dünyanın ən vəhşi qəbiləsinin bacarmadığı bir cinayəti həyata keçirdilər.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil oldu. İndi, o müdhiş faciədən 32 il ötür. Dünya bu illər ərzində Xocalının qatillərinə qucaq açdığı, onların cinayətlərinə seyrçi qaldığı halda Azərbaycan Prezidentinin komandanlığı sayəsində xalqımız, ordumuz düşmənin belini qırmış oldu. Dəmir yumuruqla düşmənin başını əzdi. Erməni faşistləri özlərinin layiqli cəzalarını aldı. Xeyli sayda “xocalı qatili” məhv olunmaqla layiqli cəzasına çatdı. Möhtərəm Ali Baş Komandanımızın uzaqgörən, ağıllı siyasəti bizə yeni zəfər qələbələri qazandırdı.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmı ilə bağlı Azərbaycan xalqına müraciətində qeyd etmişdir ki, “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Sözün həqiqi mənasında ən doğru yanaşma, verilən hüququ qiymət də məhz, ümummilli liderin bu cümləsində ehtiva olunur, desək yanılmarıq. Xocalı soyqırımına ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkə Parlamenti tərəfindən siyasi-hüquqi qiymət verilmiş, 26 fevral tarixi Xocalı Soyqırımı Günü elan olunmuş və törədilən cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması, təqsirkarların ədalət mühakiməsinə verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqrımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsində olduqca mühüm rol oynayır. Həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-nin 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edilmişdir.

Müzəffər və rəşadətli Azərbaycan ordusunun əldə etdiyi Qarabağ Zəfəri nəticəsində Xocalı rayonu tamamilə düşmən işğalından azad edildi. Bu torpaqlar Azərbaycan şəhidlərinin və qazilərinin qanı və cani bahasına azad edilib. Bu gün Xocalı şəhidlərinin şəhidlərinin ruhu şaddır.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər