Əbülfət Qocayev: “Xocalıya ədalət”i Xocalıda bərpa etdik

 

Əbülfət Qocayev

“Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri 

 

Əsrin sonlarında ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri faciələr erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırım və etnik təmizləmə siyasətinin növbəti bir təzahürü idi.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazıldı. Xocalı şəhəri Azərbaycanın Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Ona görə də erməni terrorçuları Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarəti və Xocalıda yerləşən aeroportu ələ keçirməyi qarşılarına əsas məqsəd kimi qoymuşdular. Həmin gecə Ermənistan silahlı dəstələri Xankəndində yerləşən, zabit və gizirlərin əksəriyyəti ermənilərdən ibarət olan rusların 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini mühasirəyə aldılar. Şəhər sakinləri xilas olmaq üçün Ağdam istiqamətində hərəkət etdilər, dağlara meşələrə çəkildilər. Lakin hər tərəfi mühasirəyə alan silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tuturdular.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

Bu soyqırım Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək məqsədi daşıyırdı. Lakin dəhşətli faciə xalqımızın iradəsini sındırmadı, milli mübarizə ruhunu sarsıtmadı. Nəhayət ürəyi Vətən eşqi ilə döyünən qəhrəman oğullarımız  Ali Baş Komandanın rəhbərliyi altında Vətən naminə mütəşəkkil mübarizəyə səfərbər oldular. Düşməni diz çökdürüb Qarabağı işğaldan azad edərək şanlı tarix yazdılar, Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldılar. Qazanılmış Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. Çünki biz XXI əsrin müharibəsini aparmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq.

Azərbaycanın tarixi qələbəsi bütün münaqişələrin həll olunmasına nümunə olacaq. Xalqımız bu qələbə əhval-ruhiyyəsini böyük coşqu ilə yaşayır. Bu qələbə Azərbaycan xalqına, xalq da bu qələbəyə layiqdir.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər