Tofiq Hüseynov: ZƏFƏR ORDUSUNUN MÜZƏFFƏR ALİ BAŞ KOMANDANI

 

Tofiq Hüseynov-“Prezident İlham Əliyevin dövlət başçısı postunda 20 illik fəaliyyətinin təhlili onu göstərir ki, o, həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanıb”.
Politologiya elminə görə, liderin əsas vəzifəsi cəmiyyətdə fəallığa nail olmaq, onu konkret məqsəd uğrunda səfərbər etməkdir: “Siyasətçi üçün məsuliyyət, uzaqgörənlik və özünü məsələnin mahiyyəti ətrafında səfərbər etmək bacarığı həlledici şərtlərdir. Prezident İlham Əliyev müəllifi Ulu Öndər olan və cəmiyyətimizi birləşdirən milli-ideoloji amil kimi çıxış edən azərbaycançılıq ideologiyasını daha da zənginləşdirdi, Azərbaycan xalqının, dünya azərbaycanlılarının vahid ideya ətrafında daha sıx birliyini, milli həmrəyliyimizi təmin etdi. “Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir”, - deyən cənab İlham Əliyev Azərbaycan tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanmasını, gənc nəslin vətənpərvərlik, dövlətə və xalqa sədaqət ruhunda böyüməsini ən vacib məsələlərdən biri hesab edir”.
Məhz İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşmış gənc nəsil Vətən müharibəsinin bütün ağırlığını öz üzərinə götürdü və böyük bir missiyanı şərəflə yerinə yetirdi:
“Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar nəticəsində formalaşmış mükəmməl dövlət idarəçiliyi sistemi beynəlxalq siyasi, iqtisadi, humanitar tədbirlər təşkil olunarkən, COVID-19 pandemiyası zamanı, Vətən müharibəsi dövründə, işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan nəhəng bərpa və yenidənqurma işlərində öz yüksək effektivliyini aydın nümayiş etdirdi. Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflaşdırılması, müasir dövrün tələblərinə uyğun çevik icra mexanizmlərinin tətbiqi, bacarıqlı və savadlı gənc kadrların idarəçilik prosesinə cəlb edilməsi və həyata keçirilən digər tədbirlər qəbul olunan qərarların, dövlət başçısı tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün etibarlı zəmin yaratmışdır”.
Milli təfəkkürlə bəşəri düşüncəni birləşdirən, gerçəkliklə qlobal baxışları uzlaşdıran görkəmli siyasi lider İlham Əliyev nəinki Ümummilli Liderin etimadını doğruldub, eləcə də bütün Azərbaycan xalqının növbəti onilliklər üçün əbədi inamını və sarsılmaz dəstəyini qazanıb.
Azərbaycanı bütün sahələrdə inkişafa aparan prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin zirvəsi isə Qarabağımızın işğaldan azad olunması və keçirilmiş anti-terror tədbiri nəticəsində süverenliyimizin bərpa olunmasıdır. Məhz cənab prezidentin uzaqgörən siyasəti nəticəsində görülən işlər Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Çünki bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində qarşıya qoyulan bu hədəf də Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyü və suverenliynə qovuşdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.
Prezident İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə adını qızıl hərflərlə yazdırmış tarixi şəxsiyyət, Azərbaycana Zəfər bəxş etmiş titanik rəhbər kimi əbədi yaşayacaq!
Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş komandanımız, məğlubiyyətlə üz-üzə qalan xalqımızı qalib xalq zirvəsinə yüksəldən, onun milli ləyaqətini, şərəfini ucaldan və qürur gətirən cənab İlham Əliyevi ad günü münasibətilə  səmimi qəlbdən təbrik edir, dövlət başçımıza uzun ömür, can sağlığı və ölkəmizin infişafı, rifahı istiqamətində həyata keçirdiyi davamlı fəaliyyətində   yeni-yeni nailiyyətlər, uğurlar  arzu edirəm.  Yaşasın cənab prezident!  

Son xəbərlər

Bakıda istehsalat müəssisəsi yanır

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar - Təsdiqləndi

Rusiya Ukraynanın 1 sutkada itkilərini açıqladı

Prezident Fərman imzaladı

Azərbaycanlı məktəblilər II dəfə Beynəlxalq Kosmik Stansiya ilə əlaqə qurub

Livan "Hizbullah"ının liderinin qızı bombardmanda ölüb

VII çağırış Milli Məclisin payız sessiyasının vaxtı açıqlandı

Bakı bu ölkə ilə də razılaşdı: onlar üçün viza ləğv edilir

Bayramov Berbokla görüşdü: sülhə hədə törədən təhdidlər...

Husilər İsrail paytaxtına raket atıblar

Xəzər TV-nin binası boşaldılır - Təcili

Rusiyada işçi qıtlığı: maaş kəskin artdı, miqrantlar axın edir...

DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb

1 dəqiqəlik sükut...

Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər parkında - Fotolar

Prezident İlham Əliyev Zəfər parkında olub

Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşım

Şahdağa qar yağdı

Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

Bu gün Anım Günümüzdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür

8 Noyabr prospektindəki məhdudiyyət aradan qaldırıldı

Gələn ilin büdcə layihəsi Prezidentə təqdim olundu

Bütün xəbərlər