
---
20.10.2023, 18:07
Ermənistan XİN: "Azərbaycandan sülh razılaşması layihəsi üzrə növbəti təkliflər paketi almışıq"
"Ermənistan Azərbaycandan sülh razılaşması layihəsi üzrə növbəti təkliflər paketi alıb".
Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan oktyabrın 20-də keçirdiyi brifinqdə deyib.
"Biz Azərbaycan tərəfdən təkliflər almışıq. Ancaq hələ ki tərəfimizdən yazılı cavab göndərilməyib, müzakirələr davam edir”, - o bildirib.