Azər Əlixanbəyov: Biz ordumuzla fəxr edirik

 

Azər Əlixanbəyov

 

 

Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması və genişlənməsi də məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi və cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Azərbaycan Respublikası Silahlı Qüvvələrimizin şəxsi heyəti tərəfindən başlanan müqəddəs işi layiqincə davam etdirir və müstəqil ölkəmizin ordu quruculuğu tarixinə yeni-yeni parlaq səhifələr yazır.
Naxçıvanda hərbi təmayüllü məktəbin yaradılması da məhz bu uzaqgörənliyin nəticəsində mümkün olub. Dahi rəhbərin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı yaradılıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev milli ordu quruculuğunu, gənc hərbçi kadrların yetişdirilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının əsasında Heydər Əliyev adına Hərbi Liseyin yaradılması da hərbi kadr hazırlığına növbəti töhfə idi.
Bu gün Heydər Əliyev adına Hərbi Liseyi bitirənlər Müdafiə Nazirliyinin birləşmələrində, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrində, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə şərəf və ləyaqətlə qulluq edirlər.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan əsgərlərini Qələbəyə aparan liseyi bitirmiş zabitlər hərb tariximizə şanlı səhifələr yazıblar.
Prezident İlham Əliyev Ordu quruculuğu ilə əlaqədar öz çıxışların birində dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.” Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması həm də belə gərəkli və vaxtında aparılan islahatlarla bağlıdır.
Xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar. Həm də bu cür adamların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də xalqın böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilməklə əbədiyyətə qovuşdu.

 

Son xəbərlər

“Qarabağda Yenidən Dirçəlişin Simvolu: Leysan Məmmədovun Fədakar Rəhbərliyi”

“Təbii Nəktar və Fədakarlığın Simvolu: Mirhümbət Səmədovun Arıçılıq Sahəsindəki Əməyi”

Fərhad Həsənov: Milli Konstitusiya - müstəqil Azərbaycanın demokratik inkişafının hüquqi əsası

Təyyarə siqnal vermədən radarlardan itib

ABŞ-də görüşdülər

Azərbaycan - İslandiya oyununun hakimləri açıqlandı

Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR

Simonyanın bu sözləri Rusiyanı qəzəbləndirdi

Babək Quliyev UEFA-dan növbəti təyinat alıb

Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə abidə ucaldılacaq

London COP29-da iqlim dəyişikliyi ilə mübarizədə töhfəyə görə Bakıya təşəkkür edib

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalına çəkdiyi xərci 6 %-ə yaxın artırıb

Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib

Karapetyan “Ermənistan Elektrik Şəbəkələri”ni idarə etməkdən məhrum edilə bilər

İslam Oyunları: Azərbaycan millisi yarımfinalda məğlub olub

Tusk: Ukraynanın müharibəni uduzması üçün obyektiv səbəb yoxdur

Sabah 24 dərəcə isti olacaq - PROQNOZ

Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib

Ermənistanın kapitulyasiya aktına imza atmasından 5 il ötür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Türkiyə Prezidenti: Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi

Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Bütün xəbərlər