Anar Qalayev: Xalqımız Müstəqillik Gününü böyük təntənə ilə qeyd edir

 

Anar Qalayev

 

Azərbaycan xalqı 28 May Müstəqillik Gününü böyük təntənə ilə qeyd edir. 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Xalq Cümhuriyyəti müsəlman Şərqində yaradılan ilk demokratik respublikadır. Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, milli tariximizə qızıl hərflərlə yazılıb.   1991-ci ildə isə dövlət müstəqilliyimiz bərpa olundu. Ümummilli liderimiz Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir.
Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunması və yaşadılması üçün müstəsna xidmətlər göstərib. Belə ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qaldırılması və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirməsi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması buna ilk bariz nümunədir. Məhz bundan sonra o dövrdəki Azərbaycan rəhbərliyi 1991-ci il fevralın 5-də üçrəngli bayrağımızı dövlət bayrağı kimi təsbit etməyə məcbur oldu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra isə Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı müxtəlif qərarlar verdi, bu istiqamətdə çoxsaylı elmi tədiqiqatlar aparıldı, tarixi əsərlər yazıldı. Eləcə də, 1 fevral 2003-cü il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” Sərəncam imzaladı. 2007-ci il 25 may tarixində isə  İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin Prezident İlham Əliyev tərəfindən açılışı gerçəkləşdi.
Dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də  cümhuriyyət irsinə, onun qurucularına böyük ehtiramın nümunəsi oldu.  
 Dünya ölkələrinin başçılarının 28 May – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlamaları respublikamızın və onun Liderinin beynəlxalq miqyasda nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Əminliklə demək olar ki, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha da güclənəcək, dünyada nüfuzunu daha da artıracaq.

Son xəbərlər

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI

"Mən ruhən Ak Partiyadan ayrılmamışam" - Davutoğludan ŞOK AÇIQLAMA

Parlament bu gün əsgərliklə bağlı qanunu müzakirə edəcək - GÜNDƏLİK

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Azərbaycanda yeni Mərkəz yaradıldı

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişdi

“Juninyo dedi ki, “Sevilya”dan təklif aldıqdan sonra yata bilmirdim” - Qurban Qurbanov

Bütün xəbərlər