Əbülfət Qocayev: Böyük zəfərin başlanğıcı – Aprel döyüşləri

 

“Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Əbülfət Qocayev - Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən dörd il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" yüksəkliyinə üçrəngli bayrağımız sancılıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

Əslində, separatçı cinayətkar rejim münaqişənin nizamlanması ilə bağlı danışıqlar ərəfəsində daim cəbhədə vəziyyəti gərginləşdirir və bununla da öz xalqının fikrini ölkədəki ictimai-siyasi, sosial-iqtisadi böhrandan yayındırmağa cəhd edirdi. Azərbaycan isə münaqişənin dinc yolla həllinə tərəfdar idi və bu istiqamətdə səylərini əsirgəmirdi.

Bu baxımdan, beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr Aprel döyüşləri ilə bağlı Azərbaycanın əleyhinə bir söz belə deyə bilmədilər. Azərbaycan isə qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aprel döyüşləri haqqında demişdir: "Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın".

Ali Baş Komandanın bu sözləri ilə bir daha təsdiqləyir ki, Azərbaycan hər zaman haqq yolunda olub və daim bu yoldan gedərək qərarlar alıb. Necə ki, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan xalqının 30 ilə yaxın idi ki, gözlədiyi o QƏRAR verildi. Və çox qısa müddətdə - cəmi 44 günə Ermənistan ordusu tamamilə məhv edildi, dövləti isə diz çökdürüldü. Nəticədə 10 noyabr tarixli kapitulyasiya (təslim) aktına imza atdı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edildi və Dağlıq Qarabağ münaqişəsi ifadəsi tarixdə qaldı.

Aprel döyüşlərinin ən böyük nəticələrindən biri həm də bundan ibarət idi ki, hərbi-psixoloji üstünlük Azərbaycana keçdi. 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra formalaşmış təsəvvürlər alt-üst oldu. 2016-cı ilə kimi bir çoxları yeni müharibənin status-kvonu dəyişməyəcəyini düşünürdü. 2016-cı ilin aprelindən sonra 20 ildən çox bir müddətdə formalaşmış bu baxış əsaslı şəkildə dəyişdi. Azərbaycan ordusu döyüş meydanında nəyə qadir olduğunu göstərdi. Bu, həm Ermənistana, həm də onun himayədarlarına atəşkəsdən sonra vurulmuş ilk böyük psixoloji zərbə oldu.

Aprel döyüşlərində qazanılan qələbə 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərin sütunudur. Aprel döyüşlərinin geosiyasi aspektlərinə diqqət yetirdikdə görürük ki, məhz geosiyasi amillər Azərbaycanın qazandığı qələbənin siyasi müstəvidə təsdiqi və etirafının ən vacib şərtidir. Görünür Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyərkən məhz bu həssas, həm də son dərəcə vacib məqamı nəzərdə tuturdu. Azərbaycan xalqını qalib xalqa çevirən də məhz nəyi, nə vaxt və necə edəcəyini bilən Liderə sahib olmasıdır.

Son xəbərlər

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH

Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib

Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq

Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər

Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib

Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir

Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək

"Araz Saatlı"nın rəsmisi futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb

Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb - VİDEO

Yeni 100 manatlıq dövriyyəyə buraxılır - FOTO

Xaricdə oxumaq istəyənlərin nəzərinə!

Akademik Zərifə Əliyevanın anım günüdür

Bu gün İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası işinə başlayır

İsrail ordusu Livanın cənubunda müdafiə mövqelərini möhkəmləndirir

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli yardım göstərib

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb

Azərbaycanda nikah və boşanmaların sayı azalıb

Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var

KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib

“Space” TV-nin baş direktoru işdən çıxarıldı

Azərbaycanda beynəlxalq qurum təsis olunur

"WSJ": Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazının blokadasından imtina etməsinə çalışır

Bütün xəbərlər