Bərxidar Bərxidarov: İnsanlığa qarşı cinayət - 31 Mart soyqırımı

 

Bərxidar Bərxidarov - Son iki yüz il ərzində ermənilərin öz havadarlarının köməyi ilə “böyük Ermənistan” yaratmaq kimi xülyalarını həyata keçirmək istiqamətində  atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllər və soyqırımı aktlarıilə nəticələnib. XX əsrin əvvəllərində ermənilər təkcə hazırda Ermənistan adlanan ərazidə deyil, Cənubi Azərbaycanda, Borçalıda, Bakı quberniyasında, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar, terror və digər zorakılıq aktları həyata keçiriblər.

 

1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədiblər. Təkcə mart-aprel ayında baş verən bu qırğınlar nəticəsində 30 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər. Təkcə Bakıda 12 min azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan edilib.

31 mart soyqırımı ermənilərin xalqımıza qarşı törədilmiş genosid siyasətinin davamı idi. Bu qanlı faciəyə əsl hüquqi qiymət Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub.

 

Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 mart soyqırım qurbanlarının qisasını aldı.

 

Son xəbərlər

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı - Paylaşım

Gəncədə binada partlayış - 2 ölü, 4 yaralı - Yenilənib

Xudafərin körpüsünün işğaldan azad olunmasından dörd il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Vilayət Eyvazov vacib tapşırıqlar verdi - Video

Küləklə bağlı daha bir xəbərdarlıq

Dünya Bankı Azərbaycanda təhsilin səviyyəsini qiymətləndirib

Naxçıvanda erkən nikahın qarşısı alındı

"3+3" formatı - regional müzakirələr meydanı, əməkdaşlığa doğru addımlar - ŞƏRH

Bakıda torpaq SÜRÜŞMƏSİ

Ermənistan BCM üzvü kimi öhdəliyini yerinə yetirməli, Gəncə terrorunu araşdırmalıdır - ANALİZ

Bakıda hansı bələdiyyələrin birləşdiriləcəyi məlum olub - SİYAHI

Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış oldu - Yenilənir

Bakıda su üzərindən yol çəkilir - Video

Tovuzda şərab zavodu yanır - Foto - Yenilənir

SARA TV-nin təsisçisi dünyasını dəyişdi

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Füzuli Şəhəri Günüdür

Növbəti Gəncə terrorundan 4 il ötür

"Greencard Azerbaijan"ın direktoru hakim qarşısına çıxarıldı

Qeyri-etik paylaşımlar edən tiktoker həbs edildi - Foto

Casusluğu sübuta yetirildi - 16 il cəza aldı

“Budyo Qlimt” - “Qarabağ” matçının biletləri satışda

“Durov və Sebanın həbsi insan haqlarının pozuntusudur”

Bütün xəbərlər