Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylidir.


    Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olmasını sübut edən halların varlığıdır.

    Ümumiyyətlə, tarixin bütün dönəmlərində ad-san qazanmış şəxslər çox olublar. Onların bəziləri istər mərkəzi ərazilərdə, istərsə də bölgələrdə müəyyən imtiyaz və söz sahibi olub əksəriyyət tərəfindən sevilsələr də, bəziləri isə heç də hər kəs tərəfindən lazımınca rəğbət hissi qazana bilməyiblər. Bu kimi halların varlığı bütün dönəmlərdə olmuş və bu gün də özünü təsdiq etməkdədir. Belə şəxslərdən fərqli olaraq haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi və  həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli, bu gün əsl xalq məhəbbətini qazanan şəxslərdən biridir. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb

   Hər kəsə bəllidir ki, Yusif Qədimbəyli yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir  edən əsas səbəblər olub. Yusif Qədimbəyli, bu gün də elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Yusif Qədimbəyli elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

 Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında Yusif Qədimbəyli haqqında əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan sərsəm açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, Yusif Qədimbəyli haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar. Düşündürücü hal odur ki, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

 

Adicə o halın varlığına diqqət yetirək ki, Yusif Qədimbəylinin daşıdığı vəzifə, heç də sıradan bir vəzifə deyil. Açıq şəkildə qeyd edək ki, Sədərək Ticarət Mərkəzinə aid sahələr gündəlik problemlər əmələ gətirən, eyni zamanda tələbkarlığı sevən bir sahədir. Belə bir sahəyə rəhbərlik etməklə, şəhər təsərrüfatının hər sahəsində əmələ gələn problemləri zamanında aradan qaldıran, rəhbərliyin etimad və etibarını qazanan, həyata keçirdiyi idarəçiliyi bəlkə də çoxlarına örnək olan bu şəxslə bağlı tənqidi açıqlamalar dərc etməzdən öncə, azacıq da olsa fikirləşmək, bir qədər götür-qoy etmək gərəkdir ki, ağa qara yox, elə ağa ağ, qaraya da qara demək mümkün olsun.

 

Son xəbərlər

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib

Bakının bir çox ərazisində işıq olmayacaq

Bakıda 195E nömrəli ekspres marşrut fəaliyyətə başlayır

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Naxçıvan ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub

Azərbaycanda "Vahid indekslərin siyahısı" genişləndirilib

Elektron imzanı başqasına vermək hansı riskləri yaradır?

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Küləkli havaya görə dənizdə dalğa artacaq

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

UNIAN: Rostov-na-Donuda liman infrastrukturuna dron hücumu olub

Kamran Əliyev Nəsimidə vətəndaşları qəbul edəcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

Bütün xəbərlər