{category-title}

''Məhkum işgəncələrə dözməyib özünü ülgüclə doğradı''

 

Mikayıl Dəmirlinin yaxınları ondan məlumat ala bilmirlər

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Mikayıl Dəmirlinin ona verilən işgəncələrə etiraz olaraq damarlarını ülgüclə doğradığı bildirilir.

Bu haqda Meydan TV-yə onun yaxınları məlumat verib. Yaxınları deyirlər ki, Mikayıl Dəmirliyə qarşı işgəncəyə müəssisə rəisi Şahin Həsənov rəhbərlik edib.

"Onu rəis müavini Natiq, rejim rəisi Cavid və digəriləri vəhşicəsinə döyüblər. Döyülməyə səbəb ondan pul tələbi ilə bağlıdır”, - deyə yaxınları bildirib.

Məhkumun yaxınlarının sözlərinə görə, bundan əvvəl də Mikayıl Dəmirliyə qarşı amansız, qeyri-insani rəftar olub. Onun hazırda ağır vəziyyətdə olduğu haqda xəbərlər var. Yaxınları Mikayıl Dəmirlinin özünə xəsarət yetirməsi xəbərini alandan sonra 13 saylı Cəzaçəkmə Müəssisəsinə gediblər. Lakin onlara Mikayıl Dəmirli ilə görüşə icazə verilməyib. Yaxınlarına məhkumun paltarları verilib. Həmin paltarların arasında onun bir neçə yerdən cırılmış şalvarı da olub.

Yaxınları deyirlər ki, cəzaçəkmə müəssisəsindən aldıqları qeyri-rəsmi məlumatda Mikayıl Dəmirlinin özünə xəsarət yetirdiyi, paltarlarının döyülmə zamanı cırıldığı bildirilir: "Dəfələrlə Penitensiar Xidmətin qaynar xəttinə zəng etsək də, bizə konkret cavab verilmir”.

Məsələ ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqə şöbəsinin əməkdaşı Elşən Sadıqlı Meydan TV-yə deyilənləri yalanlayıb: "Mikayıl Dəmirli müəssisənin daxili intizam qaydaların riayət etmədiyi üçün "cərimə kamerası"na salınıb. Amma bundan əvvəl valideynləri görüşdü, görüşdə müəssisə rəhbərliyi də iştirak edirdi. Bunları ona görə xatırlatdım ki, onun özünə xəsarət törətməsi yalandır, valideynləri də buna şahiddir".

Məhbusun xalası Mirnisə Dadaşova da yaxınlarının dediklərini təsdiqləyib. Bildirib ki, ailəsi Mikayıl Dəmirli ilə bu hadisədən əvvəl görüşüb.

Məhbus isə iyunun 11-də özünə xəsarət yetirib.

Meydan TV

Son xəbərlər

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

Bütün xəbərlər