{category-title}

Cəlilabadda iflic vəziyyətə salınan səhiyyə sistemi... - İTTİHAM

 

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyev prezident İlham Əliyevin səhiyyəyə ayırdığı diqqətin ziddinə hərəkət etməkdədir.

Baş həkim İlham Əliyev rayon səhiyyəsindən narazılığı gərginlik həddinə çatdırıb. Cəlilabadlılar RMX-da pulsuz müayinə oluna bilmirlər.

Bu sosial partlayış həddinə çatan şikayətlər kütləviləşməkdədir. Hətta sosial şəbəkələrdə “Cəlilabadımız” adlı səhifədə baş həkimin sürdüyü “Land Crusier” markalı avtomobili hansı maliyyə ilə aldığı sual edilir.

Onun Səhiyyə Nazirliyinin ayırdığı vəsaitləri talan etməsi ittihamları səngimək bilmir.

Elə görünür bu mənimsəmələrin hesabına bahalı maşına sahiblənib. İ.Əliyevin haqqında ağır ittihamlardan birini də Mustafa İbrahimov səsləndirib.

Cəlilabadın Sabirabad kənd sakini M.İbrahimov deyib ki, İ.Əliyevin baş həkim fəaliyyəti əhalini boğaza yığıb:

“Cənab prezident, Fransada belə xəstəxana yoxdur. Yəni, binası yaraşıqlı, şəraiti yüksəkdir. Amma baş həkim İlham Əliyev başımıza bəla gəlib.

Xəstəxanada pulsuz müalicə mümkün deyil. Rayonda pensiya bazarı açılıb. Baş həkim başdanxarab,“9 B”xətəlik kağızı düzəltməklə məşğuldur. Bu adam xəstəlik azı, 2 və ya 3 min mnata hazırlayır.

Doğuş əməliyyatı 300 manatdır, cərahiyyə 1000 manatdır.İldə nazirlik 50 min pul ayrılır,amma xəstəxanada bir antibiotik yoxdur.

Bu gün Cəlilabad əhalisi öz puluna müalicə alır. Mənim doğma kəndim Sabirabadın tibb məntəqəsində əxlaqsızlıq, özbaşınalıq hökm sürür.

Mən baş həkim İlham Əliyevə dəfələrlə məlumat vermişəm, şikayətimi bildirmişəm, amma ona söz batmayıb.

Çünki arxasındakı gücə güvənir. Mən prezidentdən xahiş edirəm ki, onun gördüyü işlərə kölgə alan belə adamları cəalandırsınlar, Cəlilabad səhiyyəsini xilas eləsinlər”.

Doğurdan da baş həkimin xəstəlik pensiyası almaq istəyənlər üçün təyin etdiyi məbləğlər 3000-5000 manat civarında dəyişir.

Belə ki, 1-ci qrup üçün 5000, 2-ci qrup 4000, 3-cü qrup isə əlillik qiyməti 3000 manatdır. İ.Əliyevin rəhbərliyi altında xeyli sayda insana rüşvət müqabilində əlillik arayışı verildiyi bildirilir.

Bir müddət əvvəl Qarabağ döyüşçüsü olmuş Çingiz Təhməzov da “Kanal 24”-ə video müsahibəsində təsdiqləmişdi ki, Cəlilabadda həkimlər pensiya üçün rüşvət istəyirlər.

İlham Əliyevin baş həkim olduğu Cəlilabad RMX-da özbaşınalıq, dərəbəylikdir, xəstəya baxan yoxdur, ambulans istəyən xəstə yaxınına isə deyilir ki, təcili tibbi yardım maşını fəhlələri sahəyə aparıb.

Cəlilabad səhiyyəsindən ilk dəfə belə şikayət gəlmir. Bir neçə ay qabaq aprel qazisindən pul istənilmişdi. Bütün parametrlər üzrə baş həkim prezidentə, onun səhiyyə siaysətinə qarşı fəaliyyət göstərməkdədir.

Əslində, bir çox bölgələrin xəstəxanalarından vaxtaşırı narazılıqlar olur. Amma Cəlilabad səhiyyəsi rekord qırır, kütləvi şəkildə etirazlar var.

Bununla bağlı ayrı-ayrı video faktları ötən məqaələlərin birində təqdim eləmişdik. Belə aydın olur ki, Cəlilabad RMX rəhbərliyi heç bir nəticə çıxarmayıb. Əmindir ki, səhiyyə naziri Oqtay Şirəliyev də baş verənlərlə maraqlanmır.

Nazirin işi qanunsuzluğa yol verən həkimləri yox, ondan şikayət edən jurnalistləri məhkəməyə vermək, vətəndaşları həbs etdirməkdir.

O baxımdan Sabirabad kənd sakini M.İbrahimov da şikayətini nazirə yox, prezidentə edib.Rayonda sosial gərginlik yaradan baş həkimin əməlləri araşdırma tələb edir.

Məmurların, icra başçılarının əyalətlərdə üsyan qaldırması azmış kimi, indi də baş həkimlər prezidentin, hakimiyyətin siyasətinə, islahatlarına başağrısı olmağa başlayıblar.

Baş həkim ən azı prezidnetlə eyni ad və soyadı daşıdığı üçün bu adın neqativ məsələlərdə hallanmasına şərait yaratmamalıdır. Cəlilabad səhiyyəsində vəziyyət o yerə çatıb ki, M.İbrahimov video çıxışında baş həkimi xəstəxanada əxlaqsızlıq mühitinə göz yummaqda ittiham edir.

Kadrlara baxanda şahid olacaqsınız ki, kənd sakini nələr açıqlayır, adlar çəkir, hansı suçlamalar irəli sürür.

Əslində, dedikləri həqiqətdirsə hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmalı, baş həkim dindirilməlidir.

Bütün bunlarla bərabər, əfsus ki, Cəlilabad səhiyyəsindəki qorxunc vəziyyət, rüşvətin tüğyan eləməsi, vətəndaşlara baxılmaması əhalini hakimiyyətə qarşı qoyur, insanları aqressivləşdirir, daha bir rayonu hökumətdən narazı salır.

Bu qədər islahatlar getdiyi halda bölgələrdə məmurların şikayətləri qulaqardı eləməsi axırda bu cür nəticələnir.

Halbuki, baş həkim İ.Əliyev əvvəlki yazıda təqdim etdiyimiz videolarda danışan insanları qəbul edə, problemini dinləyə, yoluna qoya bilərdi.

Heç kəsi saymamaq və arxasındakı qüvvəyə bel bağlamaq bir gün pis nəticə verə bilər. Necə ki, çox məmur və nazirlərin sonunu görmüşük…
REPORTYOR.info

Son xəbərlər

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Rüfət Əzizov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Ən çox nifrət edilən 5 bürc: Hamı onları...

Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib

“Semka” da həbs edildi

KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb

Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto

Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı

Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Paşinyan Putinin andiçməsinə gedəcək?

Bütün xəbərlər