{category-title}

"Verilən maaş onun müalicəsinə, evin xərclərini ödəməyə çatmırdı..." - GİLEY

 

 

Türkiyənin Hatay vilayəti sakini Mehmet Çalışır Sumqayıtda fəaliyyət göstərən “Üstay” şirkətindən şikayətçidir. Azeuronews.com– gələn məktubda deyilir ki, Mehmet Çalışırın əmək haqqı mənimsənilib.

2 ildir Azərbaycanda yaşayan M.Çalışır azərbaycanlı xanımla evlidir və 3 qız övladı var. Hazırda kirayədə yaşayır,işsizdir.

Onun dediyinə görə “Üstay Yapı Taahhüt və Ticarət Anonim” şirkətinin Sumqayıtda fəaliyyət göstərən filialına Şevqet Yıldız adlı soydaşı tərəfindən dəvət edilib.

“Üstay” şirkəti , Technip FMC tərəfindən götürülən, “Azərikimya” İB-nin Etilen-polietilen zavodu üçün “EP-300” layihəsi çərçivəsində görüləcək tikinti işlərinin tenderini qazanıb, boru xətti çəkmək və onları boyamaq işlərini həyata keçirir. Bu layihənin rəhbəri isə Musa Kırıcı olub.

“Məni «Üstay”ya dəvət edəndə vəd verdi ki,”sən minimum 1500-2000 manat arası maaş alacaqsan”, – Mehmet Çalışır deyir.

Amma sonradan aydın olub ki, onu aldadıblar. Belə ki, realda ona ilk vaxtlar 700, son iki ayda isə cəmi 800 manat maaş verilib. Onun da 500 manatı “Paşa Bank”-ın kartına köçürülüb, 300 manatı isə ələ verilib:

“Mənim həyat yoldaşım ağır şəkər xəstəsi olduğundan, hər gün insulin vurur, üstəlik bir böyrəyi sıradan çıxır, verilən maaş onun müalicəsinə, evin xərclərini ödəməyə çatmırdı.

Halbuki Tüekiyə qanunları ilə mən işçi kimi “vizion” qrupunda olduğumdan 1600 avrodan aşağı maaş ala bilməzdim. Yəni, “Üstay” şirkətinin Sumqayıtdakı layihə rəhbərliyi bunu bildikləri halda mənim haqqımı yeyiblər və hüquqlarımı tapdalayıblar”,-deyə Çalışır qeyd edib.

Bildirir ki, onun kimi türk işçi statusunda olanlara və yerli fəhlələrə də qat-qat çox maaş veriblər:

“Mənim kimi “Üstay” Azərbaycan vətəndaşı olan xanımlarla evli olan 6 türk vətəndaşı da var idi ki, onlara məndən fərqli olaraq yüksək maaş veriblər.

Burada eyni işdə işləyən azərbaycanlı işçilər, qaynaqçılar, boyaçılar saatı 7 manata işlədikləri halda mənə onlardan da az əmək haqqı veriblər.

Üstəlik məni stabil saat hesablı maaşla ilə işlətdikləri halda iş saatından əlavə işlədiyimiz saatlara görə mənə əlavə pul yazılmayıb.

Halbuki əlavə iş saatlarına görə mənə stabil maaşdan-800 manatdan əlavə 500 manat pul verilməli idi. Mən artıq 6 saat iş saatımdan sonra əlavə işləyirdim.

Buna görə mənə 1 qəpik də pul yazmırdılar. Halbuki idarə rəhbərini əlinin altında 6 nəfər saat hesabı əmək haqqı ilə işləyən işçilər olurdu.Üstəlik mənim kimi işçilərin əksəriyyəti qanunsuz olaraq əmək müqaviləsiz işlədilib.

Ümumiyyətlə “Üstay”ın burada çalışan işçilərinin əmək hüquqları te-tez pozulub. Məsələn, “Üstay” da işləyən soydaşlarımdan birinin iş qəzası nəticəsində ayağı qırıldı amma onun maaşını,təzminatını vermədilər. Baxmayaraq ki, o əmək müfəttişliyinə şikayət etdi.

Əksəriyyət “Üstay” da mənim kimi müqaviləsiz işləyib və təbii ki, mənim kimi çoxlarının sosial sığorta kartı olmayıb.

Mən may ayında “Üstay”da işə düzəldim,bu ilin aprelində isə mənə əvvəlkindən də cüzi maaş vermək istədiklərinə görə oradan çıxmaq məcburiyyətində qaldım.

Mən “Üstay”ın idarə rəhbərinə, Şevqet Yıldıza işə düzələrkən qabaqcadan demişdim ki,mənim həyat yoldaşım ağır şəkər xəstəsidir və ona hər gün insulin vurulması və ona qulluq etmək üşün mənim işdə gec qalmamağım lazımdır.

Amma çox vaxt olurdu ki, məni saat beşdən axşam saat 3-cən işdə saxlayıblar. Amma bu adamalrın elə bil mənimlə şəxsi-qərəzliyi var.

İşə düzələndə mən soruşdum ki,”niyə bu qədər belə az maaş verirsiz?” Şevqet Yıldız dedi ki,sonra qaydasına düşəcək.

Bu minvalla məni 1 ilə yaxın başımı aldatdılar ki,bəs bu ay düzələcək,gələn aydan düzələcək… Mənim pula ehtiyacım olmağımdan süni surətdə istifadə etdilər.

Mən boru boyaçısı kimi işə qəbul olunmalı idim,amma sonradan mənə dedilər soyunub-geyinmə yerində nəzarətçi olacaqsan və mən 11 ay «Üstay”ın 700 işçisi olan yerdə nəzatərçi vəzifəsində işlədim. «Üstay”ın Sumqayıtdakı şirkətindəki idarə rəhbəri İsmayıl Akay bir gün məmə dedi ki,sən açarları qarışdırmısan və məni haqsız yerə ittiham etdi,məni işdən çıxartmaqla hədələdi.

Mən ona bildirdim ki,”mən işçilərin şkaflarına nəzarət edirəm,açarlar, kompyuter sistemi də sənin nəzarətindədir”. Onlar məni işin öhdəsindən gəlməməkdə ittiham edə bilməzdi,çünki işimi şox məsuliyyətlə yerinə yetirirdim.

2018-ci ildə hətta özləri təhlükəsiz və alqışa layiq iş bacarığına görə məni təşəkkürnamə ilə də təltif ediblər. Nədən mən birdən-birə pis oldum?!

Bu cavabdan sonra İsmayıl Akay məni ağır ifadələrlə təhqir etməyə başladı.Bu adamdan ümumiyyətlə «Üstay”da xoşu gələn insan yoxdur. Bundan başqa o məni çox zaman mənə aid olmayan işləri gördüməyə çalışırdı.

Halbuki layihə rəhbərinin əmrinə görə mən , kamera ilə təchiz olunmayan soyunub-geyinmə otağını iş zamanı tərk edib nəzarətsiz qoya bilməzdim.Çünki 700-800 nəfərin əşyalarına mən nəzarət edirdim ki,oğurluq-filan olmasın.

İsmayıl Akay və idarə işləri köməkçisi öz vəzifələrindən süni surətdə istifadə edirdilər,səlahiyyətlərini mənə də, digərlərinə qarşı aşırdılar,məni gözüm çıxdıya salırdılar.

Maaşımın həddən artıq az verilməsi ilə bağlı Əmək Müfəttişliyinə şikayətdən sonra sonra məni Hakan adlı adamları ilə 6 ay işlədiyim “SOCAR-Polymer”dən başqa yerə ,özlərinin təbiri ilə desək cəhənnəmə -Yaşıldərə adlanan ərazidəki Qubadlı icra hakimiyyətinə aid zavodda işləməyə cəza kimi göndərdilər. 100 nəfərin işlədiyi bu zavodda iş şəraiti daha pis idi,amma mən eyni maaşı alırdım. 5 ay da orada nəzarətşi kimi işlədim.

Yaşıldərədə iş qurtarandan sonra layihə rəhbərinin yardımçısı,ikinci adam olan Nurdoğan bəy mənə dedi ki, sənin maaşını 475 manata salırıq.

Mən isə ondan sordum ki, bizim qanımız türk, canızım türk ola-ola nədən mənə bu qədər az maaşı rəva görürsüz. Axı mənin ağır xəstə olan həyat yoldaşım,məktəbə gedən 3 azyaşlı övladım var. Mən bu pulla kirayədə qala-qala necə dolana bilərəm?!

Bu qədər insafsızlıq,haqsızlıqmı olar?!Bütün dünyada maaşlar qalxması müşahidə olunduğu halda mən maaşın azalmasını yalnız «Üstay”da gördüm. 475 manatla ailəmi dolandırım,kirayə pulunu verimmi,yoxa dərman alım?!

Onlar bilə-bilə ki mənim maddi vəziyyətim çox pisdir,sıxıntım var,evdə xəstəm,3 uşağım var maaşımı azaltdılar.

Mənim suallarıma onların veriləsi cavabı yoxdur. Mən 475 manat maaşla təbii ki,razı olmadım və işdən çıxdım.Amma mən haqqımı tələb edirəm.Mən bununla əlaqədar «Üstay”ın Sumqayıtdakı layihə rəhbəri Musa Kırıcıya,Türkiyənin Azərbaycandakı səfirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də şikayət etmişəm.

Türkiyə səfirliyindən mənə bildirdilər ki, onlar müdaxilə edə bilməzlər və mən yerli məhkəməyə müraciət edə bilərəm. Amma 800 manat maaş alan və bu qədər sıxıntısı olan böyük bir şirkəti məhkəməyə verib udmaq halındadırmı?!

Əmək Müfəttişliyində mənin şikayətimin haqlı olmasını təsdiqlədilər və soruşdular ki,niyə ən azı 1600 -1800 avro maaş almalı olduğum halda mənə 700-800 manat maaş veriblər?!

Amma orada da bildirdilər ki, biz heç nə edə bilmərik,müdaxilə edə bilmərik.Mənə qarşı edilən bu haqsızlıqlarla mən barışmıram şirkətindən mənim haqqımı –mənə verilməyən 17 min avromu tələb edirəm.

Onlar mənim haqqımı mənimsəyiblər. Türkiyə və Azərbaycan dövlətindən xahiş edirəm mənim haqlarımın təmin edilməsində yardımçı olsunlar”.

Mehmet Çalışır bir müddət əvvəl həmçinin “Youtube” kanalı vasitəsilə şikayətini yayımlayıb. Əlaqə telefonu: 050 307 29 86

Son xəbərlər

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Bütün xəbərlər