{category-title}

Tovuzda BARAMA BİYARI... - GİLEY

 

Tovuz rayonunun bəzi kəndlərində əhaliyə məcburi şəkildə barama paylanılır.

Baramanı götürməyənlər və götürüb planı doldurmayanları isə cərimə edirlər. Hər şəxsə bir qutu barama verilir.

Bu barədə Cebhe.info-ya Tovuz sakinləri məlumat veriblər. Rayon sakinləri bundan çox narahatdırlar.

Qeyd edək ki, bunun iqtisadi əsası yoxdur. Çünki SSRİ-nin dağılmasından sonra, Azərbaycanda planlı iqtisadiyyat ləğv olunub. Hətta kolxoz, sovxoz dövründə belə insanlar planı ödəmədiyinə görə cərimə olunmayıb.

Hazırki dövrdə planlı iqtisadiyyat mövcud deyil, onun yerini bazar iqtisadiyyatı tutub. Bu vəziyyətdə planlı iqtisadiyyatın yenidən bərpa olunma cəhdləri, yalnız iqtisadiyyata zərər verə bilər.

Görəsən, bunu nəyə əsasən əhaliyə tətbiq edirlər?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Tovuz Rayonu İcra Hakimiyyətinin Memarlıq və tikinti işləri şöbəsinin baş məsləhətçisi Sahib Əsgərov isə bu iddiaları qəti şəkildə rədd edib.

S.Əsgərov bildirib ki, belə bir qərar yoxdur: “Tovuz rayonunun sərhəd kəndlərində, nə də mərkəzə yaxın ərazilərində belə bir iş icra edilmir. Bununla bağlı kimlər şikayət edib bilmirəm, lakin məqsədləri bir qədər maraqlıdır. Düşünürəm ki, bu məsələ telefonla tam həllini tapmayacaq, əgər qaranlıq qalan məsələ olsa, buyurub rayonumuza da ziyarət edə bilərlər. Kəndimizdə bu köhnə qayda tətbiq olunmur”. (Cebhe.info)

Son xəbərlər

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Bayram Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı

“Nəsimi” stansiyasında yanğın

Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər

Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA

Bakıda 15 yaşlı qız itkin düşüb

27 Mart - Azərbaycanda Elm Günüdür

134 nəfər Füzuliyə YOLA SALINDI

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib

25 yaşlı qadın öldürüldü - Əri tutuldu

Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü

İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video

Bütün xəbərlər