{category-title}

Məmurlar "Allahın Evi"nə də tamah salıblar... - Beyləqanda

 Beyləqan rayonunda inşasına 30 il öncə başlanan "Cümə məscidi"nin tikintisi hələ də yarımçıq qalıb. 

Rayon sakini Bəxtiyar Süleymanovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 1989-cu ildə rayonun o dövrdəki rəhbəri Mürşüd Əzimov tərəfindən təməli qoyulan məscidin tikilməsi üçün 1,5 hektar torpaq sahəsi ayrılıb. Həmin il məscidin tikintisinə başlanılıb. Məscidin günbəz hissəsinə çatdıqda isə tikinti dayandırılıb. Tikilinin yarımçıq qalmasına səbəb 1990-cı illərdə baş verən siyasi hadisələr olub.

Müharibə dövründə məscid baxımsız vəziyyətə düşüb. Sonra Famil adlı axund məscidin həyətində məskunlaşaraq ora nəzarət edib. "Allahın evi"nin üstünün açıq qalmasına baxmayaraq, bir neçə şəxs bir küncə çadır çəkərək namaz qılmağa, ibadətlə məşğul olmağa başlayıblar.

Sonrakı illərdə rayonun ibadətlə məşğul olan sakinləri tərəfindən məscidin tikintisi hissə-hissə davam etdirilib. "Nəzir qutusu"ndan və əhalidən toplanan vəsait hesabına günbəz də ucaldılıb.

Rayon sakininin sözlərinə görə, sonradan məsciddə tikinti işləri dayandırılıb. Buna səbəb kimi isə məscidin qanuni axundunun olmaması göstərilib.

"Bir neçə ibadət əhli bir araya gələrək lazımi orqanlara məktubla müraciət etdik və tikintinin davam etdirilməsinə nail ola bildik. Məscid ikimərtəbəlidir və əlavə olaraq namaz qılınması üçün bir otaq tikilib. Amma bu otaq da tam hazır vəziyyətdə deyil" - deyə Bəxtiyar Süleymanov bildirib.

Rayonun digər sakini Ehtiram Allahyarov da məscidə qanuni axund təyin edilmədiyinə görə bir çox problemlərlə qarşılaşdıqlarını bildirib: "Bizim rayonda ibadət edənlər çoxdur. Təsəvvür edin ki, 110 mindən çox əhalisi olan rayonun məscidi və axundu yoxdur. Biz dəfələrlə müraciət etsək də, nə məscidimiz tikilib başa çatdırılır, nə də qanuni axund təyin olunur. Biz müqəddəs bayramlarımızı harada qeyd etməliyik, namazlarımızı və ən əsası da "cümə namazı"nı harada qılmalıyıq?! İnanmıram ki, ölkəmizdə bizim rayonun vəziyyətində başqa bir rayon olsun". 

Allahyarov onu da bildirib ki, hazırda Füzuli rayonundan olan məcburi köçkün ailəsi ora nəzarətçi kimi yerləşdirilib: "Biz onları yerləşdirəndə düşünürdük ki, məscidə axund təyin edilər və onlara qanuni şəkildə maaş verilər. Təəssüf ki, dəfələrlə müraciət etməyimizə baxmayaraq, bu məsələ həllini tapmayıb. Həmin imkansız köçkün ailəsi təmənnasız olaraq orada çalışır. Problemlər tək tikinti ilə bitmir. Burada su xətti yox idi. Bir neçə nəfər şəxsi hesabına məscidin həyətinə su çəkdirib. Hazırda həll olunmayan problemlərdən biri də məscidin qazla təmin olunmamasıdır. Biz dəfələrlə qaz idarəsinə müraciət etsək də, onlar məscidin rəsmi icma olmadığını bildirərək, ora qaz çəkə bilməyəcəklərini deyiblər. Məscidin kanalizasiya problemi də var. Çox xahiş edirik ki, səsimizə səs versinlər. Bizə rəsmi şəkildə axund təyin edib ibadət evinin tikintisinin tamamlanmasına köməklik göstərsinlər".

Rayon sakinləri onu da qeyd ediblər ki, əvvəllər məscidin sahəsi böyük olub. Lakin bəzi məmurlar və iş adamları məscid üçün nəzərdə tutulmuş ərazini qanunsuz olaraq mənimsəyiblər. Burada bir neçə fərdi ev və ticarət obyekti tikilib. Sakinlər əllərində məscidin əvvəlki sənədlərinin çıxarışlarının olduğunu və bununla bağlı aidiyyəti orqanlara müraciət etdiklərini də bildiriblər.

Məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin katibi Yaqut Əliyeva ilə əlaqə saxladıq. O, bu problemlə bağlı sakinlərin Quruma elektron müraciət etməsini tövsiyə etdi. Həmçinin bildirdi ki, bu müraciət səlahiyyətli şəxslərə çatdırılacaq...

Son xəbərlər

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Prezident 2 fərman imzaladı

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Bütün xəbərlər