{category-title}

Daha bir rayonda vətəndaşa xəstə inək verildi: - Nazirlik problemi niyə həll edə bilmir?

 Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində kənd yerlərində yaşayan şəxslərə heyvanlar verilir

Bir-neçə ay əvvəl Ağcabədi rayon Şənlik kəndində yaşayan Paşayev İsmayıl İmamqulu oğluna da bu proqram çərçivəsində 1 baş inək verilib.

Şənlik kənd sakini İsmayıl Paşayev yeniavaz.com-a verdiyi məlumatda bildirdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona verilən inək xəstədir:

"Bu inək mənə 2500 manat qiymət qoyularaq verilib. Amma bunu heç 1000 manata da almırlar. Bu inəkləri bizə verməkdə məqsəd odur ki, bu heyvanların südün satıb dolanaq. Amma, inəyin südü yoxdur ki, balasına verək".

Kənd sakini deyir ki, inəyin xəstə olduğunu təsdiqlətmək üçün baytar-həkimə müraciət edib:

"Lakin, inəyi bizə verən podratçı şirkət həkimə təzyiq edərək inəyin sağlam olması barədə arayış verdirmək istəyir. Amma həkim baxıb və onlara da bildirib ki, bu inəyin sağlam olduğunu təsdiqləyə bilməz".

Məlumat üçün qeyd edək ki, daha əvvəl də bir neçə rayonda vətəndaşlara bu cür xəstə inəklərin verilməsilə bağlı məlumatlar yayılıb. Hətta, bir qədər əvvəl Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev də məsələyə münasibət bildirərək vətəndaşlara xəstə inəklərin verilməsi faktını təsdiqləyib.

Nazir ötən ay keçirdiyi mətbuat konfransında bildirmişdir ki, vətəndaşlara xəstə heyvan verənlər cəzalandırılıblar. Amma görünən odur ki, nazirin bu açıqlamasına baxmayaraq hələ də bu problem öz həllini tapmayıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin münasibətini öyrənmək üçün qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovla əlaqə saxlamağa cəhd etsək də, telefon zənglərimizə cavab verilmədi.(Yeniavaz.com)


Son xəbərlər

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Kirayə evə görə vergini kim ödəməlidir?

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Fransanın birinci xanımının həyatından serial çəkilir

Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı

Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Verilən bütün vədlər uğurla yerinə yetirilir

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Azyaşlılarda bu xəstəliklər artıb

Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI

Rüfət Əzizov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO

Evinin həyətində asılmış meyiti tapıldı

Aytən Səfərova ağır yol qəzası keçirtdi

Bütün xəbərlər