pressxeber.info
pressxeber.info

Şair Səlim Babullaoğlunun yaradıcılığı barədə tədqiqat əsəri nəşr edilib

8 dəfə baxılıb 8-02-2020, 13:45

Şair Səlim Babullaoğlunun yaradıcılığı barədə tədqiqat əsəri nəşr edilib

 

Filologiya elmləri doktoru, professor Cavanşir Yusiflinin Səlim Babullaoğlunun poetik mətnləri barədə filoloji qeydlər və söhbətlərdən ibarət irihəcmli “Sözdən əşyaya” adlı tədqiqat əsəri nəşr olunub.

AZƏRTAC xəbər verir ki, nəfis şəkildə dərc edilən kitabda çağdaş Azərbaycan poeziyasının öncüllərindən olan şair Səlim Babullaoğlunun poetik yaradıcılığı araşdırılır, onun yaratdığı bədii mətnlər dünya şeirindən maraqlı və əhəmiyyətli bədii nümunələrlə qarşılaşdırılaraq təhlil edilir.

Esse, tənqidi məqalə, araşdırmanın kəsişməsində maraqlı filoloji baxışla və müvafiq dillə yazılan bu kitab professor Cavanşir Yusiflinin filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova və şair, esseist Qismət Rüstəmovla şairin yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda elədikləri təhlili söhbətlərlə tamamlanır.

Qeyd edək ki, kitab Azərbaycan Kitabının Təbliği Assosiasiyasının dəstəyi ilə çapa hazırlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi