pressxeber.info
pressxeber.info

"Allah canımı tez alsın, amma övladlarıma dəyməsin" - Fatimə ağladı

558 dəfə baxılıb 25-08-2020, 12:51

"Allah canımı tez alsın, amma övladlarıma dəyməsin" - Fatimə ağladı

 

"Deyirlər, Fatimənin gözü doyumur, hər şeyə əl atır. İçimdə böyük enerji var, çalışıram oturmayım. Hər şey edirəm. Çox gənc yaşda ana oldum, ağıllı övladlarım var. Bu yaşda nənə oldum".

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə fatimə Fətəliyeva "Ulduzun vaxtı" proqramında deyib. Rəqqasəliklə yanaşı bir neçə biznesi də olan sənətçi haqqında deyilənlərə münasibət bildirib.

Fatimə ailə qurmağa hazırlaşan qızlara məsləhət verərkən "Qızlara demək istəyirəm ki, addım atanda diqqətli olun. heç bir xanım tək yaşamaq, ayrılmaq istəmir. Hamı öz evinin, ocağının xanımı olmaq istəyir" sözlərini söyləyib.

Sənətçi bildirib ki, qızı Aydan onun haqqında danışmağına icazə vermir:

"Qızım özünə həyat qurub. Ona söz vermişəm ki, artıq onun haqqında danışmayacam. Onun öz, mənim öz həyatım var. Övladıma ana yox, rəfiqə olmuşam. Özü ana olandan sonra analığı anlayıb (ağlayır). Hər zaman deyirəm ki, Allah canımı tez alsın, amma övladlarıma dəyməsin. Dözə bilmərəm. Sənət adamları heç vaxt tam xoşbəxt ola bilmirlər". 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2020    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi