{category-title}
Maraqlı
12.11.2019, 10:37
“Əndamınızı nümayiş etdirməkdən sənət yaddan çıxıb”
Aktrisa Zülfiyyə Qurbanova yazdığı statusla bəzi həmkarlarını hədəf alıb.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, o, gənc aktrisaları nəzərdə tutaraq sosial şəbəkədə fikirlərini dilə gətirib:
"Olmayan əndamınızı nümayiş etdirməkdən sənət göstərmək yaddan çıxıb. Mimika - qırışsız üzlər, donuq gözlər... Ancaq ki, gözəl görünmək eşqi sizi dünyaya çıxarmayacaq. Süni, yaltaqlıq yağan "yarım metr" təriflər. Elələrinin dəyəri olur. Ən gözəl silah isə biganəlikdir".