{category-title}

 

Azərbaycanda DƏHŞƏT: 13 yaşlı qız atası və qardaşı tərəfindən ZORLANDI

 


Göygöldə azyaşlı qız həm qardaşı, həm də atası tərəfindən mütəmadi olaraq zorlanıb.

Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, hadisə Göygöl rayonunda baş verib. 13 yaşlı qız anası vəfat etdikdən sonra atası Ceyhun Cümşüdov tərəfindən zorlanıb. C.Cümşüdov doğma qızına qarşı bu iyrənc hərəkətlərini dəfələrlə təkrar edib.

Azyaşlı qız ifadəsində deyib ki, anası vəfat etdikdən sonra atası onu tək yatmağa qoymayıb: "Birinci dəfə mənə dedi ki, tək yatsan qorxarsan. Onunla birlikdə yatmağımı istədi. Daha sonra da bunlar baş verdi".

Həmin ərəfədə qızın qardaşı Yasim Cümşüdov da bacısına qarşı eyni hərəkətləri etməyə başlayıb. Amma ata və oğul bu iyrənc hərəkətləri bir-birindən xəbərsiz edirmişlər.

Bu şok hadisənin üstü isə Binəqədidə açılıb. Cümşüdovlar rayondan Binəqədiyə köçən zaman azyaşlı qız məktəbə gedib. Məktəbdə bu hadisəni rəfiqələrindən birinə danışıb. Zorakılığa məruz qalan qızın rəfiqəsi isə bu barədə öz anasına məlumat verib. Bundan sonra hadisə barədə polisə xəbər verilib.

Ata və oğul barəsində həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.

Hər ikisinin cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Məhkəmənin hökmü ilə Ceyhun Cümşüdov 17 il, oğlu Yasim isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.


Son xəbərlər

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Bütün xəbərlər