{category-title}

SOCAR bu ay Belarusa 250 min ton neft tədarük edə bilər

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusa mart ayı ərzində təxminən 250 min ton neft nəqlini planlaşdırır.

“Report” xəbər verir ki, bunu “Belta” agentliyinə “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.

O qeyd edib ki, SOCAR-ın mart ayı üçün tədarükü artıb və üçüncü tankerin nəqli nəzərdə tutulur.

“Bu ay üçün ümumi həcm 250 min ton olacaq. “Mozır” neft emalı zavodu üçün ilk tanker artıq Ceyhan limanından yola düşüb. Xam neft Ukrayna ərazisindən Odessa-Brodı kəməri ilə çatdırılacaq”, - deyə A.Tişenko əlavə edib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov "Report"a bildirib ki, hazırda Belarusla iki tanker Azərbaycan neftinin göndərilməsi ilə bağlı razılaşma mövcuddur.

Onun sözlərinə görə, şirkət Belarusa Azərbaycan nefti ilə yanaşı, üçüncü ölkələrin neftini də çatdıra bilir:

“Bundan əlavə, SOCAR qeyri-Azərbaycan nefti ilə də ticarət aparır. Biz başqa ölkələrin neftini alıb digər ölkələrə satırıq. O cümlədən, Belarusa da üçüncü tərəflərin neftini də tədarük edirik”.

O bildirib ki, artıq SOCAR Türkiyənin Ceyhan limanından (Aralıq dənizi) Belarusa 90 min ton həcmində ilk tankerini göndərib:

"İkinci neft partiyasının təxmini olaraq, martın 20-nə qədər göndərilməsi planlaşdırılır. Bu tanker Supsa limanından yola salınacaq və onun həcminin 85 min ton olacağı gözlənilir”.

Son xəbərlər

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib

Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO

Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar

Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Deputatlar 18 məsələni müzakirə edir

Röyal Sarıməmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda zəlzələ oldu

Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL

Bütün xəbərlər