{category-title}

Bir fotonun səs-küyü - Əhali təşvişə düşməsin, jurnalistlər diqqətli olsun

 

 

Sosial şəbəkələrdə yayılan məlumatlar daha etibarlı mənbə rolunu oynayır, yoxsa mediada dərc edilənlər? Bu sual ətrafında hələ də müzakirələr aparılır.

Sosial şəbəkələr bəzi məqamlarda operativlik nümayiş etdirə bilir, əhatə dairəsi genişdir və buna görə də daha çox insana sirayət edir, ictimai rəydə təsir yükü çoxdur.  

Lakin sosial şəbəkələrdə yayımlanan hər məlumat və ya foto etibarlı mənbə sayıla bilməz. Xüsusilə həssas məqamlarda, məsələn, müharibə zamanı, xəstəliklərin yayılması dövründə ucuz sensasiya yaratmaq, insanların psixologiyası üzərindən manipulyasiya edib xal qazanmaq cəhdləri yaxşı qarşılanmır.

Sosial şəbəkələrdə saxta xəbərlərin dövriyyəyə buraxılması dünya miqyasında virtual bəlaya çevrilib. Bu dalğa sosial şəbəkələrin Azərbaycan seqmentinə də təsirsiz ötüşmür.

Dəfələrlə Azərbaycanda sosial şəbəkələrdə saxta xəbərlər, fotolar ortaya atılıb və bunlar qarşılıqlı ittihamlarla müşayiət olunan müzakirələrə yol açıb.

Koronavirusun dünyada tüğyan etdiyi zamanda isə Azərbaycana aidiyyəti olmayan, amma virtual mənzərədə Azərbaycana “calaq edilən” informasiyalar, fotolar yayımlanır.

Bu isə əhali arasında stressə, psixoloji gərginliyə səbəb olur.

Ötən gün guya Bakı metrosunda çəkildiyi bildirilən bir foto da bu qəbildəndir. Fotoda göstərilir ki, metro vaqonunda olan bir şəxs başına əleyhqaz keçirib, məqsəd isə koronavirusdan qorunmaqdır.

Lakin məlum olub ki, həmin foto Tbilisi metrosunda çəkilib və Gürcüstanda sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.

Əhali arasında süni ajiotaja hesablanan məqsədyönlü qeyri-dəqiq məlumatlara inanmamaq və onları çıxdaş etmək vacibdir. İnsanlar hər iddiaya inanmamalıdır. Özləri internet üzərindən qısa araşdırma belə aparsalar, hansı məlumatın dəqiq, hansının yalan olduğunu aşkara çıxaracaq.

Əgər bir nəticə çıxmasa, o zaman səbirli olub, rəsmi qurumların mövqeyini gözləmək lazımdır.

“Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə diqqət yetirək.

Qeyd olunur ki, kütləvi informasiya vasitələrindən istifadə etməklə mötəbər mənbə adı altında yalan və qərəzli yazıların yayımlanmasına yol verilmir.

Düzdür, sosial şəbəkələr kütləvi informasiya vasitələri siyahısına aid deyil, lakin sosial şəbəkələrin mediaya da təsiri böyükdür.

Bəzi mətbu orqanlar sosial şəbəkələrdə yayımlanan qeyri-dəqiq məlumatları tirajlayırlar. Bu baxımdan, jurnalistlər də yuxarıda adıçəkilən qanunun tələblərinə riayət etməlidir.

Bundan əlavə, dəqiqləşdirmə aparmaq jurnalist fəaliyyətinə verilən əsas tələblərdəndir.

Nazirlər Kabineti yanında operativ qərargah da vətəndaşlardan süni ajiotaj yaratmamağı və rəsmi mənbələrdən paylaşılan məlumatları izləməyi tövsiyə edib.

Son xəbərlər

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verildi

Adəmin atasına 30 sutka həbs verildi

Çingiz Abdullayev qidadan zəhərlənib? - Rəsmi

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Sabah 27 dərəcə isti olacaq - HAVA PROQNOZU

“Boynum sınaydı, bu sənətə gələndə” - Mətanət İsgəndərli

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ

“Qarabağ”ın daha iki potensial rəqibi bilindi

Bakıda gənc qız intihar etdi

Bu gün akademik Zərifə Əliyevanın anım günüdür

İddiaçılar Turniri: Azərbaycan şahmatçısı Nakamura ilə üz-üzə gələcək

Xoşbəxtlik birdən qapınızı döyəcək: Üç bürcə karyera və maliyyə uğurları VƏDİ

Kürdə batan 6 yaşlı qız və atası hələ də tapılmayıb

Almaniya Ukraynaya daha bir “Patriot” sistemi göndərəcək

Olaf Şolts: Putinlə zamanı gələndə danışıqlar aparacağam

Tbilisidə mitinq keçirilir

“Maşın bazarı”ndakı yanğın söndürülüb - YENİLƏNİB

Sabiq prokurorun oğlu yanaraq öldü - FOTO

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

Hərbi Kollecə tələbə qəbulu davam edir

Xalq yazıçısı Çingiz Abdullayevin son durumu açıqlanıb

Mövqelərimiz yenidən atəşə tutuldu

ASALA, PKK himayəçisi Fransanın Moskva terrorundakı izi - TƏHLİL

Bütün xəbərlər